Bakı Forumu çərçivəsində “The Economist”in təşkilatçılığı ilə sammit keçirilib
Icma.az, Ayna portalına istinadən məlumat yayır.
XIII Qlobal Bakı Forumu çərçivəsində “The Economist” jurnalının təşkilatçılığı ilə Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti keçirilib.
AYNA.AZ xəbər verir ki, sammitdə Yaxın Şərqdə davam edən müharibə və onun beynəlxalq ictimaiyyətə geosiyasi-iqtisadi təsirləri, eləcə də böhran dövründə effektiv investisiyalar vasitəsilə strateji tərəfdarlıqları gücləndirmək, Avropa İttifaqına yeni üzvlərin daxil edilməsi kimi mövzular müzakirə edilib.
İştirakçılar Orta Dəhliz və onun fonunda Mərkəzi Asiya, regional tranzit layihələrinin təhlükəsizliyi, potensial risklər, təhdidlərin aradan qaldırılması üçün görülə biləcək tədbirlər və Azərbaycanın bu məsələlərə verə biləcəyi töhfələr barəsində öz fikir və təkliflərini irəli sürüb.
Yaxın Şərqdə davam edən müharibənin yaratdığı qeyri-müəyyənlik, onun taleyi, post-müharibə dövründə regional və beynəlxalq enerji bazarı, müharibənin davam edəcəyi təqdirdə regiona yatırılan investisiyaların təhdidə məruz qalması və digər məsələlər ətrafında çıxışlar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















