Icma.az
close
up
RU
Bakı Funikulyorunun qarşısındakı yolda çökmə təhlükəsi: Sakinlər NARAHATDIR VİDEO

Bakı Funikulyorunun qarşısındakı yolda çökmə təhlükəsi: Sakinlər NARAHATDIR VİDEO

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Səbail rayonu ərazisində Bakı Funikulyorun önü, Bəhram Gurun heykəlinin arxasındakı Şövkət Ələkbərova küçəsində yolun ortasında kanalizasiya lyukunun yanında çökmə yaranıb. Bu isə hərəkət edən piyadalar və avtomobillər üçün təhlükə mənbəyidir.

Məsələ ilə bağlı Redaktor.az olaraq Sabail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rəsmi qurum bildirdi ki, hazırda məsələyə dair məlumatları yoxdur, lakin problem aidiyyəti orqanlara çatdırılacaq.

Qeyd edək ki, bir neçə ay öncə Binəqədi rayonu, Baksol yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlü yolda çökmə səbəbindən kanalizasiya xəttinə düşmüşdü və və meyiti Hövsan qəsəbəsi ərazisində tapılmışdı.

Sakinlər belə qəzalı vəziyyətdə olan ərazilərə niyə vaxtında nəzarət edilməməsindən narahatdırlar. Onlar oxşar hadisələrin təkrarlanmamasını istəyirlər.

Onu da qeyd edək ki, yuxarıda qeyd etdiyimiz küçədən piyadalar çox keçir. Çünki Formula 1 yarışına görə "Azneft" dairəsi bağlı olduğu üçün Bayıl istiqamətindən Bakı İdman Sarayının qarşına qədər avtobusla gələn sərnişinlər avtobusdan düşdükdən sonra məhz Bakı Funikulyorunun qarşısından keçərək "İçərişəhər" metrosuna qədər piyada yol gedirlər və ya əks istiqamətə qayıdırlar. Eyni zamanda hazırda Bakıya gələn turistlər də həmin ərazidən çox keçir. Yəni hazırda həmin yolda intensiv piyada hərəkəti var. Təbii ki, az sayda da olsa avtomobillər hərəkət edir. Odur ki, çökmə təhlükəsi olan həmin yer təcili düzəldilməsə, hər an bədbəxt hadisə baş verə bilər.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri