Bakı, Gəncə və Naxçıvan Hərbi Kolleclərində orta ixtisas təhsilini başa vuran kursantlara miçman hərbi rütbəsi də veriləcək
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında" qərara dəyişiklik edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara artıq miçman hərbi rütbəsi də veriləcək. İndiyə qədər kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara “subbakalavr” peşə ixtisas dərəcəsi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom və Universitet tərəfindən döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə “gizir” hərbi rütbəsi verilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 03 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















