Bakı, Gəncə və Sumqayıt Apellyasiya məhkəmələrinə hakimlər təyin edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Bakı, Gəncə və Sumqayıt Apellyasiya məhkəmələrinə hakimlər təyin edilib.
APA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apelyasiya məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apelyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.
Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Apellyasiya məhkəmələri hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















