Bakı, Gəncə və Zərdabda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 15 may, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində, Binəqədi rayonu Azadlıq prospekti 155 ünvanında, Binəqədi rayonu Binəqədi qəsəbəsində, Nizami rayonu Məmməd Səid Ordubadi ilə Şirin Mirzəyev küçələrinin kəsişməsində, Gəncə şəhəri Nizami küçəsində və Zərdab rayonu Qoşaoba kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 123 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Baxış sayı:213
Bu xəbər 15 May 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















