Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Bakı həm NATO, həm də Aİ üçün strateji tərəfdaş statusuna malikdir ŞƏRH

Bakı həm NATO, həm də Aİ üçün strateji tərəfdaş statusuna malikdir ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb. Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsini davam etdirmək məqsədilə Bakıya gəlib.

A. Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramı və müdafiə, təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı barədə əsas məruzə ilə çıxış edib.

Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.

Səfər 2025–2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.

Vinnikovun Bakı səfərini şərh edən hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında deyib ki, NATO nümayəndə heyətinin Azərbaycana səfəri, əslində, Alyansın Cənubi Qafqaz regionunda artan geosiyasi maraqlarının göstəricisidir:

“ Hazırda NATO daxilində kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur. Bu xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda daha qabarıq görünür. Alyansa üzv olan ölkələr işğalçıya qarşı birmənalı mövqe ortaya qoya bilmirlər, təhlükəsizlik məsələlərinə yanaşmalarda parçalanma müşahidə olunur. Belə şəraitdə NATO üçün etibarlı tərəfdaşlarla münasibətləri gücləndirmək daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan isə uzun illərdir NATO-nun ən stabil, etibarlı və sözünə sadiq tərəfdaşlarından biri kimi tanınır. Bu, təkcə siyasi bəyanatlarda deyil, praktik fəaliyyətlərdə də özünü göstərib. Həm hərbi təhsilin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq, həm də regional təhlükəsizlik təşəbbüslərinə dəstək bunu sübut edir. NATO rəhbərliyi dəfələrlə Azərbaycanın rolunu xüsusilə vurğulayıb”.

Ekspert qeyd edib ki, regionda yaranmış yeni geosiyasi reallıq fonunda Azərbaycan faktoru daha da güclənib:

“ Cənubi Qafqazda sülh prosesinin əsas təşəbbüskarlarından biri kimi Bakı həm NATO üçün, həm də Avropa İttifaqı üçün strateji tərəfdaş statusuna malikdir. Bu coğrafiyada istənilən siyasi, iqtisadi və təhlükəsizlik layihəsinin həyata keçirilməsi Azərbaycanla razılaşdırılmadan mümkün deyil. Azərbaycanın logistik imkanları, enerji təhlükəsizliyi sahəsində rolu və regionda balans yaradan aktor kimi mövqeyi Qərbin Bakı ilə əlaqələri dərinləşdirmək marağını artırır. Bu baxımdan NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovun Bakıya səfəri, keçirilən görüşlər və konfransda iştirak tamamilə məntiqli və gözlənilən addımdır. Alyans Azərbaycanla əməkdaşlığın gələcək perspektivlərini qiymətləndirir, müştərək layihələri genişləndirmək niyyətindədir. Bununla NATO həm regionda mövcudluğunu artırır, həm də etibarlı tərəfdaşı olan Azərbaycanla siyasi-diplomatik əlaqələri daha güclü səviyyəyə qaldırmağa çalışır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri