Icma.az
close
up
RU
Bakı Hərbi Kollecində kommunikasiya sahəsində qarşıya çıxan problemlər müzakirə olunub AZƏRTAC

Bakı Hərbi Kollecində kommunikasiya sahəsində qarşıya çıxan problemlər müzakirə olunub AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Bakı Hərbi Kollecində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ombudsman Aparatı, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Hərbi Prokurorluq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı şəhər və rayon icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin nümayəndələrinin iştirakı ilə seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminar Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda şəhid olanların və dekabrın 25-də baş vermiş aviaqəza nəticəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyası Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev düzgün kommunikasiya siyasətinin vahid səs prinsipi əsasında qurulmasının vacibliyini vurğulayıb. O, qurumların kommunikasiya strategiyalarının daha da təkmilləşdirilməsi məqsədilə qarşılıqlı əlaqədə müvafiq tədbirlərin görülməsi, proaktiv və reaktiv fəaliyyətlərin düzgün və səmərəli planlanmasının zəruriliyini qeyd edib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov çıxışında nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə, həmçinin kommunikasiya sahəsində görülən işlər, qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunub. Bu seminarın kommunikasiya sahəsində əməkdaşlığın və koordinasiyanın daha da gücləndirilməsi üçün mühüm platforma olduğu qeyd edilib.

Qoşun (qüvvə) növləri, birliklər, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş üzrə məsul şəxslərinin də iştirak etdiyi seminarın sonunda ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb və mövzu ilə bağlı təkliflər dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see127

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see124

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see124

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see119

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see116

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri