Icma.az
close
up
RU
Bakı Hərbi Məhkəməsində tarix yazılır: Vardanyan prosesi və hüquqi nəticələr

Bakı Hərbi Məhkəməsində tarix yazılır: Vardanyan prosesi və hüquqi nəticələr

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakı Hərbi Məhkəməsində davam edən Ruben Vardanyan işi Azərbaycanın hüquq sisteminin müharibədən sonrakı mərhələdə suverenliyini necə qoruduğunu, cinayət ədalətini necə tətbiq etdiyini göstərən önəmli hüquqi presedentlərdən biri hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, Ruben Vardanyanın bir şəxs kimi deyil, dövlətçiliyə qarşı fəaliyyət göstərən simvol kimi məhkəmə qarşısına çıxarılması həm siyasi, həm hüquqi, həm də beynəlxalq müstəvidə geniş maraq doğurur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə irəli sürülmüş ittihamlar arasında ən ciddi olanlar bunlardır: dövlətin konstitusiya quruluşunu dəyişdirməyə cəhd (maddə 278), terrorçuluq fəaliyyəti (maddə 214), qanunsuz silahlı birləşmələrin yaradılması və idarə olunması (maddə 279), və dövlət sərhədlərinin qanunsuz keçilməsi (maddə 318). Bu ittihamların hər biri, xüsusilə də dövlət əleyhinə yönəlmiş fəaliyyətlərlə bağlı olanlar, Azərbaycan qanunvericiliyinə görə ağır cinayət hesab olunur və ciddi hüquqi məsuliyyət daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, Ruben Vardanyanın məsuliyyətə cəlb olunması təkcə ölkənin daxili hüquqi prosedurlarına əsaslanmır. Beynəlxalq hüquq baxımından da bu iş mühüm əhəmiyyət daşıyır. BMT Nizamnaməsinə görə, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyi toxunulmazdır. Vardanyan isə “Dağlıq Qarabağ Respublikası” adlı qurumun “dövlət naziri” kimi çıxış etməklə bu prinsipləri açıq şəkildə pozub. Onun maliyyə və siyasi dəstəyi ilə silahlı birləşmələrin saxlanılması və idarə olunması da Azərbaycanın suveren hüquqlarına qarşı yönəlmiş addımlar olub.

Rüstəm Əzimzadə, hüquqşünas

Onun sözlərinə görə, məhkəmə prosesi hüquq çərçivəsində, şəffaf və açıq şəkildə aparılır. İttiham olunan şəxsə müdafiə hüququ tam təmin olunub, vəkilləri vasitəsilə mövqeyini ifadə etməyə şərait yaradılıb. Bu, Azərbaycanın beynəlxalq hüquq qarşısındakı öhdəliklərinə, xüsusilə də ədalətli məhkəmə araşdırması hüququna tam uyğunluğunu göstərir:

"Bəzi xarici dairələr bu prosesi siyasi motivli kimi təqdim etməyə çalışsalar da, hüquqi reallıq tamam fərqlidir. Vardanyanın fəaliyyəti müstəqil istintaqla araşdırılıb, konkret cinayət tərkibi müəyyən edilib və yalnız bu əsasda məhkəmə qarşısına çıxarılıb. Burada əsas məsələ şəxsin kimliyi deyil, törətdiyi əməllərin hüquqi qiymətləndirilməsidir. Azərbaycan bu məhkəmə ilə göstərir ki, ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş heç bir fəaliyyət cəzasız qalmayacaq. Bu proses təkcə Vardanyanın məsuliyyətə cəlb olunması deyil, həm də separatçılığa və qeyri-qanuni rejimlərə verilən mesajdır: ədalət gecikə bilər, amma mütləq yerini tapacaq".

Hüquqşünas əlavə edib ki, Ruben Vardanyan işi hüquqi müstəvidə ciddi bir mərhələdir. Bu prosesin yekun qərarı yalnız bir şəxsin cəza alması ilə nəticələnməyəcək - həm də Azərbaycanın hüquq sisteminin beynəlxalq səviyyədə etibarlılığının göstəricisi olacaq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 May 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri