Bakı İctimai Əməkdaşlıq Mərkəzi Nizami Bələdiyyəsində tədbir keçirib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
"Bakı İctimai Əməkdaşlıq Mərkəzi" ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin ilk tədbiri Nizami rayon Nizami Bələdiyyəsinin təşkilati dəstəyilə 14 iyul 2026-cı il tarixində bələdiyyənin iclas zalında həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Tədbirdən öncə tədbir iştirakçıları Nizami bələdiyyəsində Ulu öndər Heydər Əliyevin barelyefini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Daha sonra Nizami Bələdiyyəsinin sədri cənab Vüqar Quliyev tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab Vüqar Quliyev layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib.
Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə bələdiyyə sədrinə minnətdarlığını bildirib. Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırıb və "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsindəvətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışları təqdim olunub və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.
Daha sonra Nizami rayon İcra hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, QHT.AZ saytının baş redaktoru Cəsarət Hüseynzadə, Nizami rayon İcra hakimiyyəti yanında İctimai şuranın sədr müavini Rəcəb Baxışov, Nizami rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü Xəqani Səfərov, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, Nizami Bələdiyyəsinin üzvü Fərqanə Məlikova çıxış edərək mövcud problemlərdən danışıblar və belə tədbirlərin vacib və əhəmiyyətli olduğunu vurğulayıblar, xüsusilə bələdiyyələrlə birgə tədbirlərin il ərzində keçirilməsini dəstəklədiklərini qeyd edərək, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin, məmur özbaşınalığı, vətəndaş məmnunluğu, islahatların effektivliyinin artırılması, narkomaniyaya qarşı mübarizə, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildiriblər
Sonda Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketi cənab Vüqar Quliyevə təqdim edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















