Bakı İlahiyyat Kolleci Gəncədə tələbələr üçün “Qış məktəbi” təşkil edəcək AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 20 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci dekabrın 25-dən 28-dək tələbələr üçün “Qış məktəbi” təşkil edəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bilirilib ki,Gəncədə keçiriləcək “Qış məktəbi”nin əsas məqsədi kollec tələbələrini milli-mənəvi və dini dəyərlər mövzusunda maarifləndirmək, ölkəmizin tarixi və ənənələri haqqında məlumatlandırmaq, həmçinin maddi-mədəni irs nümunələrimiz ilə tanışlıqdır. Üç gün davam edəcək layihə çərçivəsində ekspertlərin iştirakı ilə müxtəlif mövzularda seminar və müzakirələr təşkil ediləcək, tələbələr arasında intellektual yarışlar keçiriləcək.
Bundan başqa, Azərbaycanın qədim şəhəri olan Gəncənin tarixi, mədəni-dini abidələrinə - Heydər Əliyev park-kompleksi, “İmamzadə” ziyarətgah kompleksi, Nizami Gəncəvinin məqbərəsi, “Şah Abbas” məscidi, Cavadxan türbəsi və “Cümhuriyyət binası”na ekskursiyalar olacaq, Şəhidlər Xiyabanı ziyarət ediləcək.
Baxış sayı:100
Bu xəbər 20 Dekabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















