Icma.az
close
up
RU
Bakı ilə bağlı dezinformasiya: Tramp da ittiham edirdi...

Bakı ilə bağlı dezinformasiya: Tramp da ittiham edirdi...

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

“CNN World” beynəlxalq aləmdə nüfuzlu xəbər kanalı hesab olunur. Bu səbəbdən həmin xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi və guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialara inanlar da tapıla bilər. Halbuki, həmin xəbər tamamilə əsassız və təxribat xarakterlidir. Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların əsassız olduğu dəfələrlə rəsmi səviyyədə bəyan edilib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Feysbuk hesabında paylaşım edib.

“Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin CNN-nin sorğusuna cavab olaraq məlumatın əsassız olduğu redaksiyaya təqdim edilsə də, bu kanal “anonim mənbələrə” əsaslanaraq dezinformasiyanı yaymağa üstünlük verib. Demək “anonim mənbə” xəbərin yayılmasında israrlı olub və CNN bu israra tabe olub. Hansı mərkəzlər İsrailnin guya Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı əməliyyatlar həyata keçirməsi barədə dezinformasiyanın yayılmasında maraqlı ola bilər? ABŞ Prezidenti Donald Trampın CNN kanalına münasibəti mənfidir, Ağ Ev sahibi bu kanalı daima dezinformasiya yaymaqla ittiham edir. Elə Azərbaycana aid yayılan xəbər də bunun təsdiqidir. Buna baxmayaraq, “anonim mənbənin” ABŞ rəsmi strukturlarına bağlı olduğu ehtimalını diqqətdən qaçırmaq olmaz. “Anonim mənbənin” dezinformasiya yaymaqda məqsədi İran-Azərbaycan münasibətlərini gərginləşdirmək olub”, - politoloq əlavə edib.

E.Şahinoğlu qeyd edib ki, İranın mühafizəkar dairələri və onlara bağlı saytlar CNN-nin yaydığı “xəbərdən” əvvəl də İsrailin guya Azərbaycan ərazisindən istifdəsinə dair dezinformasiyalar yayırdılar:

“İndi həmin dairələr CNN-ə istinad edərək, bizə qarşı “düşmən dövlətin xəbər kanalı da biz deyənləri təsdiq etdi” kimi ittihamlar səsləndirəcəklər. Demək, “anonim mənbə” kimdirsə və ya kimlərdirsə, məhz İran mühafizəkarlarının Azərbaycana qarşı dezinformasiyalarının yayılmasının davamında maraqlıdırlar. Azərbaycan Xarici İşlər Nazirliyi “CNN World”ün “anonim mənbəyə” istinadən yaydığı xəbəri təkzib edən bəyanat yayıb. Azərbaycan XİN-nin bəyanatı “CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik” cümləsi ilə bitib. CNN-nin dezinformasiyasında Azərbaycanla yanaşı İsrailin adı çəkildiyinə görə, bu ölkənin Xarici İşlər Nazirliyinin də CNN-nin məlumatını təkzib etməsinə ehtiyac var. Bu halda CNN-nin “anonim mənbəyə” istinadən yaydığı xəbəri təkzib etməkdən başqa seçimi qalmayacaq. Əks halda “CNN”-ə istinad edənlərin sayı arta bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 İyun 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri