Bakı ilə İrəvanın yaxınlaşması Rusiyaya ən ağır zərbədir Saakaşvili
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Uğursuz müharibədən sonra Paşinyan 2011-2012-ci illərdə mənim etmədiyimi Ermənistanda etdi – o, erməni “İvanişvilini” həbs etdi".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili deyib.
O, rusiyalı milyarder Samvel Karapetyanın həbs edilməsini Ermənistanın baş naziri Nikol Paşinyanın uğuru hesab edib və bunu Rusiyada var-dövlət qazanmış milyarder Bidzina İvanişvilinin özünün “Gürcü Arzusu” partiyasından olan “Saakaş” partiyasından hakimiyyətə qayıdıb siyasətə gəlişi ilə bağlı vəziyyətlə əlaqələndirib.
Saakaşvilinin fikrincə, Cənubi Qafqazda baş verən proseslər birbaşa Rusiyanın Ukraynada zəifləməsinin nəticəsidir.
"Paşinyan rəsmən Aİ-yə üzvlük kursunu götürüb. Bakı NATO ilə əməkdaşlığa başlayıb, Azərbaycan Rusiyaya birbaşa təhlükə kimi baxır və öz siyasi, iqtisadi və mədəni ərazisini Rusiyanın təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan başqa, Azərbaycanla Ermənistan arasında yaxınlaşma başlayıb ki, bu da Rusiyaya ən ağır zərbədir", - Gürcüstanın sabiq prezidenti vurğulayıb.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















