Icma.az
close
up
RU
Bakı ilə Moskva arasında mövcud gərgin münasibətlərin səbəbkarı Rusiyadır

Bakı ilə Moskva arasında mövcud gərgin münasibətlərin səbəbkarı Rusiyadır

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"Azərbaycan və Rusiya arasında mövcud gərgin münasibətlərin səbəbi və səbəbkarı məlumdur. Bu Rusiyadır".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Azərbaycan olaraq hər hansı bir ölkə ilə, xüsusilə də qonşularımızla münasibətlərin gərginləşməsində heç bir zaman maraqlı olmamışıq:
"Amma buna rəğmən Rusiya tərəfindən münasibətlərin gərginləşməsi istiqamətində davamlı və sistemli addımların atıldığına şahidlik edirik.
Azərbaycanın müstəqil siyasət həyata keçirməsini, uğurlarını, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyən Rusiya müxtəlif təzyiq əlatlərindən istifadə edərək bizi özündən asılı vəziyyətə salmağa cəhdlər edir. Azərbaycan bu təzyiqlərə boyun əymədikdə isə Rusiya tərəfindən aqressiv davranışlar ortaya qoyulur. Təyyarəmizin vurulması, parlamentin deputatına qarşı Rusiya hava limanında edilən hörmətsizlik, Rusiya tərəfindən ölkəmizə müxtəlif səviyyəli kiberhücumların təşkili, Kremlin media qurumlarında ölkəmiz və insanımıza qarşı aparılan kampaniya və ən nəhayət Yekaterinburqda Rusiya küquq mühafizə orqanları tərəfindən həyata keçirilən vəhşilik və vandallıq aktı bunun bariz göstəricisidir".
Politoloq deyb ki. biz isə yalnız dövlət olaraq öz haqqımızı və həmvətənlərimizin, insanımızın haqqını müdafiə edirik:
"Başqa sözlə desək gərginliyin aradan qaldırılması üçün addım atmalı olan tərəf bu gərginliyi yaradan tərəf olmalıdır. Rusiya mülki təyyarəmizin vurulmasında və eləcə də Yekaterinburqda insanlarımızın qətlində günahı olanların dərhal cəzalandırılması istiqamətində addımlar atmalı və Azərbaycandan rəsmi səviyyədə üzr istəməlidir. Bu baş verəcəksə təbii ki, biz də münasibətlərin normallaşmasında maraqlı olacağıq".
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri