“Bakı Karton və Qutu Fabriki ndə Çin və Türkiyə texnologiyalarından istifadə olunur
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
“Bakı Karton və Qutu Fabriki” MMC-də istehsal prosesində istifadə olunan xammal Rusiya və Gürcüstandan idxal olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında MMC-nin rəhbəri Kamran Salmanlı deyib.
Onun sözlərinə görə, xammalın bu ölkələrdən gətirilməsi istehsalın fasiləsiz və keyfiyyətli şəkildə həyata keçirilməsinə imkan yaradır. MMC-nin rəhbəri qeyd edib ki, “Bakı Karton və Qutu Fabriki”nin nəzdində, ilkin olaraq Kağız Emalı Fabrikinin tikintisi də nəzərdə tutulub.
“Bu layihə yerli istehsalın genişləndirilməsi və xammaldan daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır. Gələn həftədən etibarən müəssisənin məhsullarının Gürcüstana ixracına başlanılacaq. Bununla yanaşı, ABŞ-ın iki şirkəti ilə müqavilələr imzalanıb, hazırda isə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparılır. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Burada birinci mərhələdə karton və qutu istehsalının, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalının həyata keçirilməsi planlaşdırılır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Burada 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb”, - deyə şirkətin rəhbəri vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 29 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















