Icma.az
close
up
RU
Bakı kiçik bir xəzinədir... Foto

Bakı kiçik bir xəzinədir... Foto

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Britaniyanın məşhur “The Telegraph” nəşrində Azərbaycan və paytaxt Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, məqalənin müəllifi jurnalist, yazıçı və tədqiqatçı Anna Selbidir.

O, COP29 günlərində ölkəmizə səfər edib və öz təəssüratlarını oxucularla bölüşüb.

Onun sözlərinə görə, Bakı kiçik bir xəzinədir.

Məqalədə deyilir:

“Bakı qədim İpək Yolunun Xəzər dənizi sahilindəki mərkəzidir. İçərişəhərdə hələ də karvansaraylar - müasir mehmanxana və restoranlar yerləşir.

Bu daş döşənmiş küçələrin mərkəzində Şirvanşahlar Sarayı (UNESCO onu “memarlıq incise” kimi təsvir edir) dayanır. O məqbərəsi, hamamı, sərdabələri, qədim məscidi və yeraltı həbsxanaları olan bir labirintdir. Yaxınlıqdakı qədim, atəşpərəst zərdüştilərinin simvolu kimi tikilmiş Qız qalasının 12-ci əsrdə tikildiyi güman edilir. Bu şəhərdə çoxlu işğalçılar olub, hamısı öz izlərini qoyublar. Məsələn, Böyük Pyotr Rusiyadan gəlib və daha çox qədim məscidin minarəsini zədələməklə yadda qalıb.

Bu yaxınlaradək Azərbaycan Sovet İmperiyasının bir hissəsi idi. Müstəqillik əldə etdikdən sonra Bakı şəhəri daha da gözəlləşib. Geniş, ağaclarla örtülmüş bulvarları ilə Bakının bəzi hissələri qəribə şəkildə Parisi xatırladır. Qədimliyini qoruyan şəhər həm də müasirdir. Alov formalı üç göydələn şəhərin gecə səmasını işıqlandırır.

Qonşusu İrandan fərqli olaraq, Azərbaycan kifayət qədər liberal mədəniyyətə malikdir. Hamı Qərb geyimindədir və ingilis dilindən geniş istifadə olunur. Bakıda əla bar və restoranlarla çiçəklənən gecə həyatı var. Şərab bu müsəlman ölkəsində təkcə içilmir, həm də burada istehsal olunur. Qonşuları Gürcüstan və Ermənistan kimi, Azərbaycanın da İslamın gəlişindən əvvələ qədər uzanan və dərin köklərə malik şərabçılıq tarixi var. Bir sözlə, Bakı sizə gözlədiyinizdən daha çoxunu təklif edir”.

Fotoda Anna Selbi


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri