Bakı klubu Premyer Liqaya çıxsa, ev oyunlarını bu stadionda keçirəcək AÇIQLAMA
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1-ci Liqa klubu "Baku Sportinq" Premyer Liqada iştirak üçün lisenziya müraciətinin hazırlıqlarına start verib.
Bu barədə Fanat.Az-a paytaxt klubunun sözçüsü Araz Əhmədov məlumat verib:
"Ötən il AFFA-ya hamıdan əvvəl biz müraciət etmişdik. Yenə ilk olaraq sənədləri hazırlayıb quruma təqdim etməyə çalışacağıq. Artıq hazırlıqlara başlamışıq. Lisenziya tələblərini bilirik və onları bir-bir yerinə yetirib son möhlət kimi aprelə qədər işləri başa çatdırmaq əzmindəyik".
Klub rəsmisi Premyer Liqanın yeni iştirakçıları üçün aktual olan stadion problemini artıq çözdüklərini bildirib. Əhmədov Premyer Liqaya çıxacaqları halda hansı arenanın xidmətindən yararlanacaqlarını açıqladı:
"Lisenziyalaşdırma zamanı ev oyunları üçün "Liv Bona Dea"nın adını təqdim edəcəyik. Klubumuz artıq bununla bağlı AFFA ilə danışıqlar aparır. Sözügedən arenanı uzun müddətə icarəyə götürməyi qərara almışıq. Başqa sözlə, Premyer Liqada ev oyunlarını mərdəkanda keçirəcəyik".
Qeyd edək ki, hazırda 25 xalı olan "Baku Sportinq" 1-ci Liqanın turnir cədvəlində 25 xalla 2-ci pillədə mövqe tutub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Yanvar 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















