Bakı klubunun zədəlilərindən xəbər var Biri əməliyyat olunub, digəri isə...
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
I Liqa klubu MOİK-in iki aparıcı oyunçusu zədədən əziyyət çəkir. Gülağa Əsədov və Cavid Tağıyev, həmçinin, Cəlal Cəbrayılov "hərbçilər"ə kömək edə bilmir. Mövsümün əvvəlində komandaya qoşulan, oktyabrın əvvəlində isə zədələnən futbolçuların durumu daha ağırdır.
Bu barədə Fanat.Az-a məlumat verən komandanın baş məşqçisi İlham Yadullayev zədəlilərin vəziyyətinə aydınlıq gətirib:
"Həm Cavidin, həm də Gülağanın çarpaz bağları qırılıb. Əsədov artıq əməliyyat olunub və bərpa prosesinə başlayıb. Onun işi daha asandı, sıraya tez dönə biləcək. Ümid edirik ki, qış fasiləsindən dərhal sonra kollektivə qoşulacaq. Cavidə gəlincə, o, yaxında əməliyyat olunacaq. MRT edilib, sadəcə, digər yoxlamalardan da keçməlidir. Zədəsinin xüsusiyyəti elədir ki, hərtərəfli analizlər olmalıdır. Yaxın günlərdə əməliyyat baş tutacaq. Nə vaxt sıraya dönəcəyinə isə cərrahiyyə əməliyyatdan sonra həkimlər qərar verəcəklər. Hücumçumuz Cəlal Cəbrayılovun isə zədəsi elə də ciddi deyil".
Qeyd edək ki, 12-ci turun MOİK - "Şəfa" oyunu sabah Binədə baş tutacaq və saat 14:00-da start götürəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 24 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















