Bakı küçələrində “avtoş”luq edən sürücü vəsiqəsiz qaldı + 15 günlük həbs VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxt küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sosial şəbəkədə paylaşan sürücü yol polisi tərəfindən müəyyən olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, 02-BZ-720 dövlət nömrə nişanlı “Tofaş Şahin” markalı avtomobilin sürücüsü - Həsən Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmə tərəfindən sürücü Rəhimov Həsən 15 gün müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, qayda pozan sürücüylə bağlı bir müddət öncə saytımızda xəbər dərc olunub. Belə ki, o, yolda avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaratmışdı.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















