Bakı küçələrində yaşananlar: Əhalinin narahatlığı...
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Elektrikli avtobuslar ölkə rəhbərliyinin tapşırığı ilə Bakıya gətirilib. Bəzi hallarda həmin avtobusları idarə edən sürücülərin müəyyən səhvləri ucbatından neqativ informasiyalar yayılır: "isitmə sistemini qoşa bilmirlər", "texniki nasazlıqdan yolda qalır" və s. Əslində, bu, texniki nasazlıq deyil, sadəcə olaraq sürücülər bəzən texnika ilə dil tapa bilmirlər"
Bu sözləri News24.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
(Elməddin Muradlı)
Ekspertin sözlərinə görə, bu avtobuslar müasir nəqliyyat vasitələridir və bəzi yanlışlıqlar ola bilər. Ancaq bu o demək deyil ki, avtobusları təkcə tənqid etmək lazımdır:
"Zamanla, getdikcə bütün problemlər öz həllini tapacaq. Avtobus sürücüləri müəyyən təlimlərdən keçərək işə buraxılırlar. Onların da hardasa müəyyən səhvləri olur, ancaq biz istəyərdik ki, bu səhvlər olmasın. Çünki, bu cəmiyyətdə diskomfort, inamsızlıq yaradır və insanlar bəzən hesab edir ki, bu avtobuslar çox ciddi problemlərə gətirib çıxardacaq. Ancaq heç bir problem yaranmayacaq. Bu avtobusların sayı artırılaraq komfortlu nəqliyyat növü kimi ictimaiyyətin istifadəsinə veriləcək".
Günel Məlikzadə
Baxış sayı:101
Bu xəbər 22 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















