Icma.az
close
up
RU
Bakı limanının genişləndirilməsi işləri qrafiki qabaqlayır Rövşən Rüstəmov

Bakı limanının genişləndirilməsi işləri qrafiki qabaqlayır Rövşən Rüstəmov

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyində fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi planları yalnız qrafik üzrə irəliləmir, hətta bir sıra istiqamətlər üzrə onu qabaqlayır.

Redaktor.az xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov "NE Global" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bakı Limanı Orta Dəhlizdə əsas strateji həlqələrdən biridir: "Səhmdar cəmiyyət limanın inkişafında mühüm tərəqqiyə nail olub. Vahid Tranzit Mərkəzinin tətbiqi əməliyyat proseslərini əhəmiyyətli dərəcədə optimallaşdırıb, gözləmə müddətini azaldıb, xərcləri aşağı salıb və yüklərin emalını sürətləndirib".

R.Rüstəmov qeyd edib ki, limanın konteyner dövriyyəsi rekord həddə çatıb: "Bu ilin ilk 10 ayında Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə 6 milyon 832 min 087 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur və son 22 ilin ən yüksək göstəricisidir. Bu dinamika həm artan tələbatı, həm də modern infrastrukturumuzun səmərəliliyini əks etdirir".

ADY rəhbəri əlavə edib ki, gələcək mərhələdə limanın yükaşırma potensialının artırılması, rəqəmsal həllərə investisiyaların genişləndirilməsi və xidmətlərdə daha yüksək səmərəliliyin təmin edilməsi nəzərdə tutulur: "Liman Xəzər regionu və onun hüdudlarından kənarda dünya səviyyəli logistika mərkəzi olaraq qalacaq. Bu, Azərbaycanın qlobal nəqliyyat-logistika qovşağına çevrilməsi baxışını dəstəkləyən mühüm uğur hekayəsidir".

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə liman və dəmiryolu əməliyyatlarının koordinasiyasını artırmaq məqsədilə rəsmi olaraq ADY-nin strukturuna daxil edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri