“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 4-ü Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkənin idman gündəliyinin ən əhəmiyyətli tədbirlərindən biri olan “Bakı Marafonu 2025” baş tutacaq. Marafon minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin və sosial həmrəyliyin təşviqinə töhfə verəcək.
Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə "Küləyə qalib gəl" şüarı altında mübarizə aparacaqlar.
Qeydiyyat Gənclik Mall, 28 Mall və Dəniz Mall-da fəaliyyət göstərən məntəqələrdə, həmçinin www.marathon.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirilir. Tələbələr üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat üçün son tarix 25 apreldir.
“Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru və eksklüziv tərəfdaşı kimi çıxış edir. Şirkətin rəhbər heyəti, əməkdaşları və korporativ müştəriləri bu il də ənənəvi olaraq tədbirdə fəal iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















