Icma.az
close
up
RU
“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir

“Bakı Marafonu 2026”ya qeydiyyat davam edir

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2026”ya qeydiyyat davam edir.

“Qafqazinfo” xəbər verir ki, 42 km-lik tam marafona qoşulmaq istəyənlər aprelin 25-dək www.marathon.az saytından və ya 28 Mall, Dəniz Mall, Gənclik Mall ticarət mərkəzlərindəki məntəqələrdə qeydiyyatdan keçə bilərlər.

Tələbələr üçün qeydiyyat pulsuzdur.

2016-cı ildən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilk dəfə 42 kilometrlik tam marafon olaraq baş tutacaq. Həmişəki kimi Dövlət Bayrağı Meydanından start götürəcək marafonun finiş xətti isə bu dəfə Sea Breeze ərazisi olacaq.

Bununla yanaşı, marafonun iştirakçılarını və tamaşaçıları müxtəlif əyləncələr gözləyir.Start zonasında fərqli əyləncə sahələri, atletlər üçün isinmə zonası qurulacaq, böyük səhnədə sevilən sənətçilərin iştirakı ilə konsert keçiriləcək.

Marafonun əhatə edəcəyi marşrut boyunca iştirakçıları ruhlandırmaq məqsədi ilə müxtəlif motivasiya zonaları, həmçinin su və ilk tibbi yardım məntəqələri təşkil ediləcək. Ümumilikdə marşrut boyu 20 əyləncə nöqtəsi olacaq.

“Bakı Marafonu 2026”nın mükafatlandırılması da yeniliklərlə yadda qalacaq. 42 km-lik qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparan marafonun kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları əldə edəcək.

Bununla yanaşı, daha qısa məsafəni qət edən iştirakçıların da təltif olunması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km məsafəni qət edən ilk 2000 nəfərə medal və sertifikatlar, 10 km məsafəni tamamlayan iştirakçılara isə sertifikatlar veriləcək.

Finiş xəttini keçən “İlk tələbə” (qadın və kişi), “İlk yaşlı iştirakçı” (qadın və kişi), “İlk korporativ iştirakçı” (qadın və kişi) də mükafatçılar sırasında yer alacaqlar.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Nyu-York, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarımarafon  olaraq 21 km məsafədə keçirilir. 2016-cı ildən bu ənənəyə qoşulan Bakı minlərlə yerli və əcnəbi iştirakçını marafonda öz ətrafında toplayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Mart 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri