Bakı MDB iclasından niyə imtina etdi? Lebedev
Icma.az bildirir, Axar.az portalına istinadən.
MDB-nin İqtisadi Şurasının iclasında Azərbaycandan nümayəndə heyətinin iştirak etməməsi müvəqqəti haldır və tezliklə vəziyyət normallaşacaq.
Axar.az xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
Onun sözlərinə görə, Bakıdan birliklə bağlı heç bir mənfi bəyanat olmayıb.
“Bizə məlumat vermədilər, amma ümid edirəm ki, vəziyyət normallaşacaq və Azərbaycan inteqrasiya əməkdaşlığının fəal iştirakçısı olaraq qalacaq”.
Lebedev birlik çərçivəsində münasibətlərin tezliklə normallaşmasına ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib.

Lebedev Ermənistanın MDB dən çıxmasını istisna edib
18 İyul 2025 15:56
Bütün MDB liderləri həmin gün Moskvada olacaq Lebedev
17 Aprel 2025 21:28
Lebedev: MDB dövlət başçılarının görüşü oktyabrın 10 da Düşənbədə keçiriləcək
05 İyun 2025 19:02
Artyom Lebedev Rusiyanın lənətini adlandırdı…
28 Mart 2025 19:26
Ermənistan üçün çətin olacaq Lebedev
27 Yanvar 2025 17:31

