Icma.az
close
up
RU
Bakı məktəbində ictimai müzakirələr FOTOLAR

Bakı məktəbində ictimai müzakirələr FOTOLAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

Modern.az xəbər verir ki, paytaxtdakı 247 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə Parlament Jurnalistlər Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı, millət vəkilləri Hikmət Məmmədov, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, QHT nümayəndələri, məktəb direktorları, pedaqoji kollektiv, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, təhsil müəssisəsində fəaliyyət göstərən inklüziv təhsil, “Rəqəmsal bacarıqlar”, STEAM kabinetləri, “Tullantıdan həyata” və “Məktəbli avtoşəhərciyi” layihələri ilə tanış olublar.

Məktəbin direktoru Sitarə Abbasova qonaqları salamlayaraq qeyd edib ki, bu cür ictimai müzakirələr məktəb, valideyn və ictimaiyyət arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Direktor məktəbdə həyata keçirilən yeniliklər, müxtəlif layihələr və şagird nailiyyətləri barədə təqdimatla çıxış edib.

Qeyd olunub ki, məktəbin əsas məqsədi şagirdlərin potensialını üzə çıxarmaq, onların inkişafı üçün əlverişli mühit yaratmaq və cəmiyyət üçün vətənpərvər, məsuliyyətli, özünə güvənən fərdlər yetişdirməkdir.

Vurğulanıb ki, məktəbin əsası 1969-cu ildə qoyulub, 2016-cı ildə isə əsaslı təmir olunub. Təhsil müəssisəsində 1-11-ci siniflər üzrə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb 5 günlük tədris həftəsi ilə iki növbəli rejimdə fəaliyyət göstərir.

Hazırda məktəbdə 69 müəllim fəaliyyət göstərir. Onlardan 36 nəfəri müəllimlərin sertifikasiya prosesində iştirak edərək müsbət nəticə əldə edib, 19 nəfər isə yüksək nəticə göstərərək daha yüksək faizlə əməkhaqqı artımına layiq görülüb.

Parlament Jurnalistlər Birliyinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı çıxışında məktəb, cəmiyyət və media arasında açıq dialoqun qurulmasının vacibliyini vurğulayıb.

O, həmçinin məktəblilərin media savadlılığının artırılmasının və düzgün informasiya mühitində yetişməsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov ölkədə təhsil sahəsində aparılan islahatlar və mövcud çağırışlar barədə danışıb. O bildirib ki, təhsilin inkişafı üçün yeni yanaşmaların tətbiqi vacibdir və məktəblərin publik hüquqi şəxslərə çevrilməsi bu sahədə idarəetmənin daha çevik təşkilinə imkan yarada bilər.

Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, təhsil yalnız məktəblərin deyil, bütün cəmiyyətin məsuliyyət daşıdığı mühüm sahədir. Onun sözlərinə görə, vətənpərvər və məsuliyyətli gənclərin yetişməsində ailə və məktəbin birgə fəaliyyəti xüsusi rol oynayır.

Millət vəkili Mehriban Vəliyeva isə uşaqların söz ehtiyatının inkişafının vacibliyini vurğulayaraq bildirib ki, müxtəlif yaş mərhələləri üzrə söz ehtiyatı göstəricilərinin müəyyənləşdirilməsi və bu istiqamətdə elmi tədqiqatların aparılması zəruridir.

Millət vəkili Hikmət Məmmədov çıxışında şagirdlərin həm fiziki, həm də intellektual inkişafının vacibliyini qeyd edib, ibtidai təhsilin ana dilində aparılmasının əhəmiyyətini vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, məktəblə bağlı məsələlərin ictimai müzakirəsi təhsil sisteminin inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, məktəb, ailə və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi bu sahədə mühüm rol oynayır.

Digər çıxış edənlər təhsil müəssisəsinin fəaliyyətini və həyata keçirilən layihələri müsbət qiymətləndirərək bu cür müzakirələrin təhsil mühitində mövcud məsələlərin birgə həllinə töhfə verdiyini bildiriblər.

Tədbir çərçivəsində şagirdlərin ifasında bədii kompozisiyalar təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın artırılmasıdır.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see353

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see300

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see286

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see278

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see273

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see270

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see264

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see259

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see238

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see232

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see223

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see218

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see218

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see216

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see212

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see211

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see205

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see203

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri