Icma.az
close
up
RU
Bakı məktəbində paylanan qorxulu vərəqələr: Mənbəyi haradan gəlir?

Bakı məktəbində paylanan qorxulu vərəqələr: Mənbəyi haradan gəlir?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 210 nömrəli tam orta məktəbində təhsil alan şagirdə üçbucaq, kvadrat, dairə şəkilləri çəkilən və rus dilində “Mənə yaz” cümləsi olan kağız verilib.

Turkustan.az xəbər verir ki, bu barədə Nurlan Mirəli adlı vətəndaş sosial şəbəkə hesabında yazıb: “Bakı şəhəri 210 nömrəli tam orta məktəbində bu gün V sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz "(напиши мне) sözləri yazılıb”.

Nurlan Mirəli hadisədən narahat olduğunu da gizlətməyib: “Bu oyunu Google-də araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər. Xahiş edirəm, məsələni nəzarətə götürün”.

Araşdırmamıza görə kağızdakı işarələr Netflix istehsalı olan və 2024-cü ilin dekabrında ikinci sezonu yayımlanan Cənubi Koreya serialı “Kalmar oyunu” (Squid game) serialına aiddir. Böyük mükafat uğrunda yarışan iştirakçıların ancaq biri oyunda qalib olur, digərləri isə fiziki olaraq məhv edilir. Serialın ilk seriyasında metro stansiyalarında məktəbdə paylanılan kağızlar kim (üçbucaq, kvadrat və dairə şəkilləri və telefon nömrəsi olan kağızlar) paylanılır. Oyunda iştirak etmək istəyənlər isə bu nömrələrə zəng vuraraq qeydiyyatdan keçirlər.

Serial 18 yaşından yuxarı şəxslər üçün nəzərdə tutulsa da, bütün dünya ölkələrində xüsusilə uşaqlar və yeniyetmələr arasında populyardır. “Kalmar oyunu” Netflix tarixinin ən çox izlənilən serialıdır. Serialın uşaqlar üçün ziyanlı olduğu psixoloq və pedaqoqlar tərəfindən dəfələrlə vurğulanıb. Buna baxmayaraq serialın izləyiciləri arasında intihar halı qeydə alınmayıb.(Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri