Icma.az
close
up
RU
Bakı məktəblıləri il ərzində beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

Bakı məktəblıləri il ərzində beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 dekabr, AZƏRTAC

Paytaxt məktəbliləri təqvim ili ərzində riyaziyyat, informatika, kimya fənləri və proqramlaşdırma istiqaməti üzrə Qazaxıstan, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Özbəkistan, Boliviya, Bosniya və Herseqovinada keçirilən beynəlxalq olimpiada və müsabiqələrdə ümumilikdə 2 qızıl, 4 gümüş, 6 bürünc medala və 1 həvəsləndirici mükafata layiq görülüblər.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Özbəkistanın Daşkənd şəhərində keçirilən 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında və Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) qızıl, Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 42-ci Balkan Riyaziyyat Olimpiadasında isə gümüş medala layiq görülüb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medala, həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova bürünc medala layiq görülüblər.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) bürünc medal qazanıb.

Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş, Bakı şəhəri 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri "Ankara məktəbi" məktəb-liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb. “Ankara məktəbi” məktəb-liseyinin şagirdi Əli Əliyev, həmçinin Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO (1) Cup” proqramlaşdırma müsabiqəsindən gümüş, Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasından bürünc medal əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri