Icma.az
close
up
RU
Bakı memarlığına Çoban İsfəndiyarın vurduğu b(t)əzəklər

Bakı memarlığına Çoban İsfəndiyarın vurduğu b(t)əzəklər

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının memarlıq siması, xüsusilə son 20-25 ildə kökündən dəyişib. Təəssüf ki, bu dəyişiklik heç də hər zaman inkişaf və gözəllik anlamına gəlmir. Əksinə, şəhərin görünüşü süniləşib, ruhu yadlaşıb. Səbəb də nizamsız, pərakəndə və yalnız qazanca yönəlmiş tikinti işləridir.

Bu məsələdə mühüm “xidmətləri” olan iş adamlarından biri də “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatıdır. Son müsahibələrinin birində o, özü açıq şəkildə etiraf edir: “Təhsilim yoxdur, hərf tanımıram, çobanam”. Bu səmimi, amma bir o qədər də qıcıq doğuran açıqlama əslində, onun bu illər ərzində Bakının memarlığına vurduğu zərərin mahiyyətini izah edir. Çünki mahiyyətcə də, memarlıq sahəsində də özünün dediyi kimi, çoban olan bu adam şəhərin mərkəzində ən iri büdcəli, ən böyük tikinti layihələrini həyata keçirdi, Bakının bir hissəsini “qurdu”.

İndi o, bu cür açıqlamalar verməklə sanki öz “zəka dərinliyini”, xalqdan gəldiyini və böyük işlər gördüyünü göstərməyə çalışır. Amma real yanaşsaq, onun dedikləri paytaxtımızın nə qədər acınacaqlı bir durumla üz-üzə qaldığını təsdiq edir. Çünki “çoban memarlığı” sadəcə, bir insanın zövqsüzlüyü deyil, bir dövrün, bir yanaşmanın simvoludur.

Şərurlu İsfəndiyar tikinti bumunun yenicə başladığı, Bakıda hündürmərtəbəli binaların az olduğu illərdə meydan suladı. Şəhərin ən gözəl yerləri, yaşıllıqlar, nəfəs alan məkanlar onun estetika, simmetriya və şəhərsalma prinsipindən uzaq layihələrinin qurbanına çevrildi. Eyni tipli, eyni görünüşlü, eyni qəlibdən çıxmış, həm də Baş Plana uyğun olmayan, necə, üzü hansı səmtə gəldi tikilən, biri-birinə söykənən binalar şəhərin görünüşünü tamamilə pozdu. Bu binalar elə yerlərdə tikildi ki, nə yol qaldı, nə kanalizasiya, nə də parklama, nə də insanların rahat nəfəs ala biləcəyi bir boşluq.

“Çoban memarlığı”nın daha faciəvi tərəfləri də var: həmin illərdə bir mənzilin bir neçə adama satılması, saxta müqavilələrlə ailələrin illərlə mənzillərinə sahib ola bilməməsi, həyatlarını bu evlərə bağlayanların ümidlərinin məhv edilməsi, xeyli adamın həbsxanaya atılması və.s. Hələ də o evlərə görə məhkəmələrə ayaq döyən insanlar var. Bəziləri bu stressi, maddi ziyanı, ailələrinin dağılmasını heç vaxt unutmayacaq. Yəni söhbət sadəcə, binadan yox, insanların taleyindən gedir.

Və ən dəhşətlisi odur ki, bu tikililərin heç biri gələcək barədə düşünməklə planlanmayıb. Bu binalar nə gələcəyin şəhər yükünü hesablayıb, nə də əhalinin artım tempinə uyğun infrastrukturu nəzərə alıb. "Çoban" bu günü düşünür, sabahı yox. Amma şəhər gələcək üçün qurulmalıdır.

Bəs bu "çoban memarlığı" təkcə bir şəxsin yaratdığı problemdirmi? Əsla. Tövlə tikməli olan şəxslərin Bakıda göydələnlər salmağa icazə alması, bu qədər ziyan vurmasına şərait yaradılması, yerli icra qurumlarının, şəhərsalma orqanlarının səssizliyi, hətta bəzən iştirakı bu faciənin kollektiv məsuliyyət daşıyıcılarını göstərir.

Yaxşı ki, bu şəhərdə dövlət qurumları, fondlar və bir neçə samballı tikinti şirkəti tərəfindən həyata keçirilən estetik və funksional layihələr də var. Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospektində ucaldılan müasir və zövqlü komplekslər, Olimpiya stadionu, idman sarayları, “Ağ Şəhər” kimi şəhərciklər və digər yaşayış məkanları Bakının üzərində "çoban memarlığı"nın yaratdığı eybəcərliyi az da olsa, görünməz edir. Bu layihələr Bakının dünya miqyasında tanınan simasına töhfə verib, şəhərə nəfəs, estetika və dəyər qatıb.

Əgər binalar yanlız İsfəndiyarların zövqü ilə tikilsəydi, Bakının mənzərəsi daha eybəcər, qarışıq və üzücü olardı.

Amma nə qədər gözəl nümumələr tikilsə də, təəssüf ki, "çoban memarlığı"nın izini itirmək mümkün deyil. Bəlkə də artıq gecdir. Bununla belə, heç olmasa, bundan sonrası üçün bir dərs çıxarmağın vaxtıdır. Ən azı “mən çobandım, amma imperiya qurdum” sözlərini eşidəndə, onu deyənləri alqışlamayaq. Onlardan soruşaq: “O imperiyanın yerində nə qaldı? Qoyunlar, yoxsa insanlar?”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 İyun 2025 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see175

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri