Bakı meriyası civəli termometri bərpa etdi FOTOLAR
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa edilib.
Modern.az-ın məlumatına görə, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.
Termometrin bərpası yalnız nostalji xarakter daşımır. Bu addım Bakının şəhər yaddaşının qorunması, keçmişdən qalan simvolların müasir şəhər mühitinə uyğun şəkildə yaşadılması baxımından da diqqət çəkir.
Dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir. Hazırda Bakıda isti hava şəraitinin hökm sürdüyü bir vaxtda civəli termometrin yenidən əvvəlki yerində quraşdırılması buradan keçən sakinlər tərəfindən rəğbətlə qarşılanıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Avqust 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















