Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Bakı məsələni belə həll etdi Hamı qazandı

Bakı məsələni belə həll etdi Hamı qazandı

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Bakı bu məsələni elə həll etdi ki, nəticədə nə Türkiyə ilə qardaşlıq və müttəfiqlik xəttinə xələl gəldi, nə İsraillə strateji tərəfdaşlıq zədələndi, nə də regionda yeni qarşıdurma ocağı yarandı: “Əksinə, həm problem həll olundu, həm həssas münasibətlər qorundu, həm də Azərbaycan növbəti dəfə regional sabitləşdirici, məsuliyyətli və siyasi çəkisi olan aktor kimi özünü təsdiqlədi”.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən mühüm xüsusiyyətlərini qeyd edən deputat bildirib ki, rəsmi Bakı mürəkkəb beynəlxalq proseslərdə emosiyaya, hay-küyə və nümayişkaranə qarşıdurmaya deyil, nəticəyə işləyən siyasi xəttə üstünlük verir:

“Çox hallarda məsələni qabartmaq, onu sərt müstəviyə çıxarmaq, diplomatik qalmaqal yaratmaq daha asan görünə bilər. Amma böyük dövlət davranışı təkcə səs-küylə ölçülmür. Əsl siyasi peşəkarlıq problemi daha da dərinləşdirmədən, münasibətləri dağıtmadan, qarşı tərəfi itirmədən və eyni zamanda öz milli maraqlarını tam təmin etməklə nəticə əldə etməkdir. Məhz Bakının son addımı da bunu göstərdi.

İyunda İsrail Xarici İşlər Nazirliyində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələrin başlaması təkcə Türkiyə-İsrail münasibətlərindəki gərginliyin yeni epizodu deyildi. Bu, eyni zamanda Azərbaycan üçün də həssas və təhlükəli siyasi təşəbbüs idi. Çünki məsələ yalnız Türkiyəyə qarşı yönəlmiş növbəti təzyiq vasitəsi deyildi, bu, həm də dolayısı ilə isə Azərbaycanın strateji maraqlarına toxunan yeni siyasi presedent demək idi. Bakı bunu dərhal gördü, riskin miqyasını düzgün qiymətləndirdi və prosesə soyuqqanlı şəkildə müdaxilə etdi”.
Fəzail İbrahimli söyləyib ki, Azərbaycan bu məsələdə klassik diplomatik davranış modeli nümayiş etdirdi: “Rəsmi Bakı nə emosional ritorikaya üstünlük verdi, nə də prosesi açıq diplomatik qalmaqala çevirdi. Əksinə, Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi mövqeyini ortaya qoyaraq İsrail tərəfini təşəbbüsü yenidən nəzərdən keçirməyə çağırdı. Bununla paralel olaraq, Bakının arqumentləri diplomatik kanallarla israilli tərəfdaşlara sistemli şəkildə çatdırıldı. 
Bu, əslində İlham Əliyev diplomatiyasının mahiyyətidir. Bakı qapıları çırpmır, körpüləri yandırmır, amma öz qırmızı xətlərini də açıq şəkildə göstərir. Azərbaycan dostluq etdiyi tərəfdaşlarla münasibətləri qorumağı bacarır, lakin eyni zamanda onlara aydın mesaj verir ki, milli maraqlarına toxunan məsələlərdə geri çəkilməyəcək. Bu dəfə də məhz belə oldu. Azərbaycan məsələni qarşıdurma predmetinə çevirmədən, amma prinsipiallıqdan da geri çəkilmədən öz mövqeyini qəbul etdirdi.

Bu, təkcə Türkiyəyə dəstək deyildi, həm də Azərbaycanın öz maraqlarının müdafiəsi idi”. 
Milli Məclisin üzvü deyib ki, burada diqqətçəkən məqamlardan biri də Azərbaycanın irəli sürdüyü arqumentlər İsrail daxilində də rezonans doğurmasıdır: “Müxtəlif siyasi düşərgələrdə, ekspert çevrələrində və dövlət institutlarında təşəbbüsün yenidən nəzərdən keçirilməsini dəstəkləyən yanaşmaların formalaşması göstərdi ki, Bakı məsələyə emosional yox, siyasi cəhətdən əsaslandırılmış, strateji baxımdan məntiqli mövqe ilə yanaşıb. Nəticədə təşəbbüsün irəliləməsi dayandırıldı, proses faktiki olaraq donduruldu və məsələ hökumət-parlament səviyyəsində gündəmdən çıxarıldı.

Bu, təkcə diplomatik etirazın yox, düşünülmüş siyasi arqumentlərin qələbəsi idi. Bakı izah etdi, inandırdı, riskləri göstərdi, münasibətlərin həssas məqamlarını xatırlatdı və nəticədə öz mövqeyini qəbul etdirdi”.

Azərbaycanın “İsrailpərəst” olması barədə səslənən fikrilərə də  mövqeyini açıqlayan deputat deyib ki, son illərdə bəzən Azərbaycanın İsraillə münasibətlərini manipulyasiya etməyə, Bakını guya birtərəfli xətt yürütməkdə ittiham etməyə çalışan çevrələr də olub. “Lakin bu hadisə həmin iddialara ən tutarlı cavablardan biridir. Azərbaycan bir daha göstərdi ki, onun xarici siyasətində əsas meyar hansısa ölkəyə simpatiya, emosional yaxınlıq və ya ideoloji meyl deyil. Əsas meyar milli maraqdır.

Bakı İsraillə strateji tərəfdaşlıq qura, təhlükəsizlik, enerji və texnologiya sahələrində əməkdaşlığı inkişaf etdirə bilər. Amma bu, heç vaxt Azərbaycanın və Türkiyənin fundamental maraqlarına zidd addımlara göz yummaq anlamına gəlmir. Əksinə, Azərbaycan sübut etdi ki, həqiqi tərəfdaşlıq münasibətləri yalnız qarşılıqlı hörmət, həssaslıqların nəzərə alınması və strateji etimad üzərində qurula bilər”, - o vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, bundan hamı qazandı və bu da, Bakının diplomatik ustalığıdır:
“Bu prosesin ən mühüm nəticəsi də elə budur. Bakı məsələni elə həll etdi ki, nəticədə hamı qazandı. Nəticədə region əlavə gərginlik ocağından qorundu.

Bu, sadəcə diplomatik manevr deyil, yüksək siyasi ustalıq nümunəsidir. Çünki bugünkü dünyanın sərt geosiyasi qarşıdurmalar fonunda tərəflərdən birini seçmək, digərini itirmək, münasibətləri qoparmaq çox asandır. Çətin olan isə fərqli baxışlara malik güclər arasında münasibətləri pozmadan, dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı və əməkdaşlığı eyni anda qorumaqdır. Azərbaycan məhz bunu etdi.

Bu isə o deməkdir ki, Bakı üçün diplomatiya sadəcə bəyanat vermək, etiraz bildirmək və ya mövqe açıqlamaq deyil. Diplomatiya milli maraqları sakit, soyuqqanlı, hesablanmış və nəticəyönümlü şəkildə təmin etmək sənətidir”.
 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see948

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see405

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see356

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see344

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see321

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see274

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see255

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see218

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see217

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see213

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see212

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see207

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see207

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see205

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see203

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see185

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see180

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri