Bakı Metropoliteni məşhur şirkətlərdən yeni nəsil qatarlar alacaq
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bakı Metropoliteninin yeni nəsil qatarlar alması ilə bağlı danışıqlar son mərhələdədir".
Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.
O bildirib ki, müvafiq dövlət proqramına uyğun olaraq texniki şərtlərin hazırlanması prosesi yekunlaşmaq üzrədir:
"Ötən ildən etibarən dünyanın aparıcı istehsalçılarından olan Avropanın ən tanınmış "Stadler" və "Skoda", Çin və Rusiyanın bir neçə tanınmış şirkətləri ilə müzakirələr aparılıb. Yaxın vaxtlarda texniki şərtlər təsdiqlənəcək və Bakı Metropoliteni yeni qatarları sifariş edəcək. Bu müqaviləyə uyğun olaraq cari ildə yeni qatarların istehsalına başlanılacaq".
B.Məmmədov bildirib ki, 2030-cu ilə qədər Bakı Metropoliteni 299 ədəd müasir tipli vaqon almağı planlaşdırıb.
Oxunub 22
Baxış sayı:76
Bu xəbər 21 Yanvar 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















