Bakı Metropoliteni ndə zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
2024-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən "Bakı Metropoliteni"ndə sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat vəsait xərclənib.
Oxu.Az xəbər verir ki, sənədə əsasən nizamnamə kapitalının artırılması üçün "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə 75 milyon manat, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə maliyyə yardımının göstərilməsi üçün (Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə olan uçuşlarla bağlı zərərin qarşılanması) 5 milyon manat vəsait ayrılıb.
Bununla yanaşı, ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və bir sıra islahatlarla bağlı xərclər üçün 146.8 milyon manat vəsait istifadə olunub.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Mərahim Nəsib
Baxış sayı:107
Bu xəbər 27 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















