Icma.az
close
up
RU
Bakı Metropoliteni QSC 20 yeni nəsil vaqonu XƏTTƏ BURAXACAQ

Bakı Metropoliteni QSC 20 yeni nəsil vaqonu XƏTTƏ BURAXACAQ

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bakı Metropoliteni" QSC qatar parkını daha 20 yeni nəsil vaqonla (4 qatar tərkibi) genişləndirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin sədrinin müşaviri Emil Əhmədov deyib.

Onun sözlərinə görə, dördüncü nəslə aid bu qatarlar 2025-ci ildə istismar müddəti başa çatacaq vaqonların əvəzlənməsi üçün xəttə buraxılacaq.

Bildirilib ki, yeni vaqonlar paytaxtın iqlim şəraiti və metropolitenin mürəkkəb relyefi nəzərə alınaraq müasir texnologiyalar əsasında hazırlanıb.

Qatarların komplektləşdirilməsi və yığılması "Xocəsən" elektrik deposunda həyata keçirilir. Burada idarəetmə, təhlükəsizlik və sərnişin rahatlığını təmin edən avadanlıqlar quraşdırılır. Daha sonra sazlama və sınaq işlərindən sonra vaqonlar xətlərə buraxılır.

Məlumata əsasən, bu ilin sonunadək əlavə olaraq daha 10 vaqon (2 qatar tərkibi) Bakıya gətiriləcək. Eyni qaydada onların da komplektləşdirilməsi, sazlanması və sınaqları aparıldıqdan sonra istismara veriləcəyi nəzərdə tutulur. Beləliklə, 2025-ci ilin sonuna qədər Bakı metrosunda yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, həmin müddətdə daha 299 yeni nəsil vaqonun alınması planlaşdırılır.

Hazırda Bakı metrosunda 66 qatar tərkibi (347 vaqon) fəaliyyət göstərir. Onlardan 150-si yeni nəsil vaqonlardır. İstismar müddəti başa çatan vaqonlar isə əvvəlcədən plan üzrə mərhələli şəkildə yenilənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri