Icma.az
close
up
RU
Bakı Metropoliteni QSC də yoxlama: pozuntular aşkara çıxarıldı

Bakı Metropoliteni QSC də yoxlama: pozuntular aşkara çıxarıldı

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Bakı Metropoliteni" QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni "Bənövşəyi" xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hesabatında fatlar yer alıb.

Hesabatda audit materiallarına əsasən, "Bənövşəyi" xəttə daxil olan "Xocəsən" elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 658,31 manat fərqin icra prosesində azaldılması 2024-cü ildən indiyə qədər təmin edilməyib.

Bununla yanaşı, həmin obyekt üzrə 559 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin (iş həcmlərində dəyişikliklər) müvafiq qaydada ekspertizadan keçirilməsi də 2024-cü ildən bu günə kimi icra olunmayıb.

Audit zamanı III yeni "Bənövşəyi" xəttə aid "B04" stansiyasının çıxışları üzrə normativ düzəliş əmsallarının düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin faktiki göstəricilərdən artıq göstərilməsi və betonun vahid qiymətinin səhv hesablanması nəticəsində ümumilikdə 255 238,2 manat məbləğində işlərin dəyərinin artırıldığı müəyyən edilib. Bu məbləğin də icra prosesində azaldılması 2024-cü ildən bəri təmin edilməyib.

Hesabatda, həmçinin "B03–B04" mənzil tunelləri və "B04" stansiyası (yolun üst quruluşu və təmas relsi) üzrə normativlərin düzgün tətbiq edilməməsi nəticəsində 1 286 277,3 manat, "B03–B04" stansiyalararası tunellərdə təxliyə keçidləri və "B04" stansiyasının memarlıq hissəsi üzrə 276 016,1 manat, eləcə də "Xocəsən" elektrik deposunda yolun üst quruluşu və təmas relsinin quraşdırılması üzrə 64 661,5 manat məbləğində artırılmış işlərin dəyərinin azaldılmasının 2024-cü ildən bu günədək icra edilmədiyi qeyd olunur.

Auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icra edilməsi ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlərin edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də 2024-cü ildən bəri irəliləyiş qeydə alınmayıb.

Qeyd olunan bütün hallar üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri