Bakı Metropoliteni yeni stansiya ilə bağlı məlumat yaydı VİDEO
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı metrosunun gələcək inkişaf planı çərçivəsində inşa olunacaq şərti adı “B-05” olan yeni stansiyanın yerləşəcəyi məkan açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Məlumata görə, Bənövşəyi xəttin sayca 6-cı stansiyası olacaq “B-05” birbaşa “Nizami” stansiyası ilə əlaqələndiriləcək. Bununla da sərnişinlər üçün Yaşıl xəttə rahat keçid imkanı yaradılacaq.
Qeyd olunub ki, yeni keçid sərnişinlərin əlavə ödəniş etmədən bir metro xəttindən digərinə keçməsi üçün metropoliten daxilində ən qısa və səmərəli hərəkət marşrutlarından biri olacaq.
Bakı Metropoliteni stansiyanın yerləşdiyi ərazi və ətrafındakı mühüm obyektlərlə bağlı videotəqdimat da hazırlayıb. Təqdimatda “B-05” stansiyasının gələcək xəritədə tutacağı yer və onun nəqliyyat əlaqələri barədə məlumat verilir:
Bu mövzuda digər xəbərlər:Bakı Metropoliteni: Hazırda gedişhaqqının artırılması ilə bağlı yeni məlumat yoxdur
29 Avqust 2025 12:43
Bakı Metropoliteni əməkhaqqı siyasəti ilə bağlı açıqlama yaydı
09 Oktyabr 2025 10:35
“Bakı Metropoliteni”ndə yeni təyinat
03 Aprel 2025 14:24
“Bakı Metropoliteni”ndə yeni TƏYİNAT
18 Aprel 2025 16:26
Baxış sayı:159
Bu xəbər 19 İyun 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















