Bakı Metropoliteni yeniliklərdə Türkiyə təcrübəsini tətbiq edəcək
Icma.az bildirir, Sherg.az portalına istinadən.
"AZCON Holding"in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub. Səfər “2025-2030-cu illər üçün Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan hədəflərin icrası məqsədilə həyata keçirilib.
Sherg.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Səfər zamanı Ankara Metrosunun rəhbər şəxsləri ilə görüşlər keçirilib, dispetçer mərkəzi, stansiyalar və vaqon parkında baxış təşkil olunub, idarəetmə sistemləri, sərnişin axını və texniki yeniliklər müzakirə edilib.
Nümayəndə heyəti, həmçinin Çin Xalq Respublikasının vaqon istehsalı üzrə ixtisaslaşmış CRRC şirkətinin Ankaradakı istehsalat müəssisəsində olub. Burada vaqonların texniki göstəriciləri, istehsal və təmir prosesi ilə yerində tanışlıq baş tutub.
Ankara səfərində əldə olunan bilik və təcrübələr Bakı Metropolitenində tətbiq ediləcək yeniliklərin planlaşdırılmasına töhfə verəcək.
Baxış sayı:148
Bu xəbər 26 İyun 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















