Icma.az
close
up
RU
“Bakı Metropoliteni”ndə qatarların hərəkət qrafikinə dəyişiklik edilib

“Bakı Metropoliteni”ndə qatarların hərəkət qrafikinə dəyişiklik edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Bu gün “Bakı Metropoliteni”ndə qatarların hərəkət qrafikinə dəyişiklik edilib.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ qaydada həmin sahənin bütün elektrik qida mənbələri, o cümlədən dartı yarımstansiyasında müvafiq araşdırmalar aparılıb.

Qısaqapanma nəticəsində qısamüddətli tüstülənmə müşahidə olunub. Bununla bağlı dərhal təxirəsalınmaz tənzimləmə tədbirləri həyata keçirilib.

İlkin araşdırmaların nəticəsinə əsasən, saat 15:00-da metropolitendə sərnişindaşıma fəaliyyəti bərpa olunub və zəruri texniki tədbirlərin icrası ilə bağlı müvafiq qərarlar qəbul edilib. Hazırda operativ tədbirlər planına uyğun olaraq, qısaqapanmanın baş verdiyi kabel xəttində təhlükəsizlik qaydalarına riayət edilməklə texniki işlər davam etdirilir. Eyni zamanda, analoji halların təkrarlanmasının qarşısının alınmasına yönəlmiş əlavə tədbirlər görülür.

Qeyd edilib ki, hərəkət sahəsinin əsas qida mənbəyi olan dartı elektrik yarımstansiyasında təhlükəsizlik tədbirləri gücləndirilir, texniki dəstək işləri genişləndirilir. Hadisənin detallı təhlili də davam etdirilir.

Qatarların sabit və fasiləsiz hərəkətinin təmin edilməsi, həmçinin həyata keçirilən tədbirlərin təhlükəsiz şəkildə yekunlaşdırılması məqsədilə günün əsas sərnişin axını saatlarında “28 May–Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərə şənbə günü qrafikindən istifadə etmələri tövsiyə olunur.

Qurum yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib, göstərilən anlayışa görə təşəkkürünü bildirib. Texniki araşdırmaların nəticələri və görüləcək işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri