Icma.az
close
up
RU
“Bakı Metropoliteninin yeni rəisi haqda maraqlı iddialar yayılıb

“Bakı Metropoliteninin yeni rəisi haqda maraqlı iddialar yayılıb

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Xəbər verildiyi kimi, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliten”ə yeni sədr təyin edilib. Həmin posta Vüsal Aslanov gətirilib.
Bildirək ki, Aslanov bu vəzifəyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. ADDYİ-nin keçmiş sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri olan sözgedən şəxsin, elə onun sayəsində yeni vəzifəyə sahibləndiyi güman edilir.
Maraqlıdır ki, Vüsal Aslanovun adı təkcə dəmiryolçu və nəqliyyat işçisi kimi çəkilmir.
Açıq mənbələrdə onun bir müəddət mərc oyunlarına nəzarət etdiyi və bu işləməşğul olduğuna dair məlumatlar var.
Məsələn, AzEuroNews.com saytı bu barədə yazır ki, hələ bir müddət əvvəl “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxarıbmış. Belə ki, “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satıb.
Sonradan məlum olub ki, “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda nəqliyyat və rabitə nazirnin müavinin Cavid Qurbanova məxsus imiş.
Həmin məlumatda iddia olunur ki, “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi olaraq ADDYİ sədri olan zaman Cavid Qurbanovun müavini işləmiş Vüsal Aslanov nəzarət edib. Açıq mənbələrdəki məlumatlarda vurğulanır ki, Aslanov bir müddət “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olub. Onun TOPAZ-a nəzarət etməsi isə 2010-2014-cü illər əhatə edib.
Amma qeyd edilən mənbələrdə Aslanovun bu işləri təkbaşına deyil, həmçinin həmin dövrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini kimi çalışan Vəsilə Abdulova ilə birlikdə reallaşdırdığı vurğulanır.
Əgər bu məlumatlar realdırsa, o zaman aydın olan budur ki, Cavid Qurbanov təkcə müavinini deyil, həm də öz biznesini idarə edən şəxsi belə mühüm posta gətirilməsinə yardımçı olub. Rəsmi mərc oyunu olan TOPAZ-ı 4 il idarə edən Vüsal Aslanovun Metropolitenə hansı şəkildə idarə edə biləcəyi bir qədər qəribə görünür. Ümid edək ki, yeni sədr metropoliteni də TOPAZ kimi idarə etməyəcək(tribunainfo.az)

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Dekabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri