Icma.az
close
up
RU
Bakı metrosu işçiləri kütləvi şəkildə işdən çıxarır? RƏSMİ AÇIQLAMA

Bakı metrosu işçiləri kütləvi şəkildə işdən çıxarır? RƏSMİ AÇIQLAMA

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bakı Metropoliteni" QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

BAKU.WS xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumata görə, qurumda aparılmış səmərəlilik qiymətləndirməsindən sonra metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin - o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin - bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.

Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq, resursları birbaşa sərnişindaşımanın təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətləri kənar ixtisaslaşmış şirkətlərin göstərməsi barədə qərar qəbul olunub.

Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum tərəfindən bir sıra addımlar atılıb.

Belə ki, bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tənzimlənəcək. Bu əməkdaşlar üçün aşağıdakı seçimlər təklif olunur:

- Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq;

- "Bakı Metropoliteni"ndə mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi;

- Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi.

"Bakı Metropoliteni" bütün prosesləri şəffaflıqla, sosial məsuliyyət prinsipinə və əməkdaşların hüquqlarının qorunmasına tam riayət etməklə həyata keçirir. Təsdiqlənmiş məlumatlar yalnız qurumun rəsmi kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri