Icma.az
close
up
RU
Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində inşa ediləcək təxminən 200 metr uzunluğunda iki yeni metro tunelinin tikintisi zəminin hidrogeoloji vəziyyəti əlverişli olacağı təqdirdə planlaşdırılan müddətdən daha tez başa çatdırıla bilər.
Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində "Nizami"–"28 May" arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində iki yeni tunel inşa olunacaq. Tikintinin təxminən 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.
Bu müddətdə "Yaşıl xətt" üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız "Nizami" stansiyasına qədər təşkil ediləcək.
B. Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri "Yaşıl" və "Qırmızı" xətlərin "28 May" stansiyasında kəsişərək birləşməsidir:
"Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlayırıq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir".
Onun sözlərinə görə, ilk olaraq "Dərnəgül" stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq:
"Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan yeni tunellər inşa ediləcək. "28 May" stansiyasının yerləşdiyi ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Buna görə də tikinti müddəti 10-11 ay hesablanıb. Lakin zəmin əlverişli olarsa, işlərin daha tez başa çatdırılması mümkündür".
 

B. Məmmədovun qeyd edib ki, tikinti dövründə "Qırmızı xətt" üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar "İçərişəhər"–"Həzi Aslanov" marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, "28 May" stansiyası da normal rejimdə işləyəcək. Lakin "28 May"–"Nizami" istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən "Yaşıl xətt" üzrə qatarlar müvəqqəti olaraq "Dərnəgül"–"Nizami" marşrutu üzrə hərəkət edəcək.


Layihə tamamlandıqdan sonra isə qatarlar "Dərnəgül"–"Nizami"–"Cəfər Cabbarlı"–"Xətai" marşrutu ilə hərəkət edəcək.
B. Məmmədov bildirib ki, xətlər ayrıldıqdan sonra sərnişinlər "Yaşıl xətt"dən "Qırmızı xətt"ə "Cəfər Cabbarlı"–"28 May" keçidi vasitəsilə, əks istiqamətdə isə "28 May"–"Cəfər Cabbarlı" piyada keçidlərindən istifadə edə biləcəklər.
 

Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir. Onun sözlərinə görə, layihənin növbəti mərhələsi Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılmasına xidmət edəcək: "Bunun üçün ilk növbədə qatarlararası intervalların azaldılması nəzərdə tutulur.


Bu məqsədlə "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, "Xətai" stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:473
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Avqust 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri