Icma.az
close
up
RU
Bakı metrosunda faciə: mühüm məsələ yenidən gündəmdə İki məqam

Bakı metrosunda faciə: mühüm məsələ yenidən gündəmdə İki məqam

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda oktyabrın 11-də “28 May” stansiyasında qatarda halı pisləşən sərnişinin həyatını itirməsi metrodakı tibbi təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Son dövrlər artan sıxlıq fonunda vətəndaşlar hesab edirlər ki, metroda təcili tibbi xidmətin olması vacibdir. Digər tərəfdən, bildirilir ki, tuneldə qatarların uzun müddət saxlanılması sərnişinlərdə hava çatışmazlığına səbəb ola bilər.

Belə halların qarşısını almaq üçün metroda xüsusi tibbi xidmətin yaradılmasına ehtiyac varmı? Həmçinin qatar maşinistlərinə kondisioneri söndürməmək və tuneldə dayanmaları minimuma endirmək tapşırığı verilməlidirmi?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, sözügedən hadisədə xəstənin hansı səbəbdən dünyasını dəyişməsi önəmli faktordur:

“Ola bilər ki, şəxsdə buna qədər ürək çatışmazlığı ilə bağlı problemlər olsun. Eyni zamanda bilirsiniz ki, son zamanlar qəfil ölümlərin sayı çoxalıb. Yəni baş verən hadisələrdə səbəb kimi metronu göstərmək də doğru deyil. Ümumiyyətlə isə, metroların bütün stansiyalarında tibbi xidmət həyata keçirən müvafiq personallar var. Onlar təcili tibbi yardım situasiyalarında ilkin dəstəyin göstərilməsini təmin edirlər. Tibb işçilərinin xəstənin yanına vaxtında çatması başqa məsələdir. Yaxud mümkündür ki, personalın xidməti vətəndaşın durumuna uyğun deyil. Belə hallarda qəfil ölümlərin qarşısı alınmaz olur. Lakin qeyd etdiyim kimi, metrolarda tibb xidməti var”.

İlqar Hüseynli

Ekspert bildirib ki, qatarlarda kondisioneri söndürməmək və tuneldə dayanmaları minimuma endirmək kimi tədbirlər də lazımdır:

“İsitmə-soyutma sistemləri qaydasında olmalıdır. Sözsüz ki, tuneldəki dayanmalar bəzi hallarda panik atak nəticəsində müəyyən insanların vəziyyətinə təsir edir, hətta ölümlə də nəticələnə bilər. Amma oktyabrın 11-də baş verən hadisənin dəqiq səbəbləri bizə məlum deyil. Hər bir halda, belə hadisələri tibbi ekspertizanın rəyi olduqdan sonra qiymətləndirmək olar”.

Qeyd edək ki, dünən qatarda halı pisləşmiş sərnişin “28 May” stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib. “Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”, – deyə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri