Bakı metrosunda kartlarla bağlı YENİLİK: Aylıq və birsəfərlik...
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur.
Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır", - deyə o qeyd edib.
Metro rəsmisi xatırladıb ki, qurumun tariflərin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.
"Daim bu istiqamətdə müzakirələr aparılır. Sərnişindaşıma tarifləri ilə bağlı hər hansı dəyişiklik ictimaiyyətə əvvəlcədən açıqlanacaq", - deyə o əlavə edib.
Bizim.Media
Baxış sayı:66
Bu xəbər 29 Avqust 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















