Icma.az
close
up
RU
Bakı metrosunda kondisioner problemi: Yayda sərnişinlər əziyyət çəkir

Bakı metrosunda kondisioner problemi: Yayda sərnişinlər əziyyət çəkir

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay aylarında Bakı metrosundan istifadə edən sərnişinlərdə narazılıq yaradan hallardan biri də kondisionersiz köhnə vaqonların xəttə buraxılmasıdır. Köhnə vaqonlarla yanaşıyeni model vaqonlarda da kondisionerlərin işləməsində fasilələr müşahidə edilir. Yeni vaqonlarda kondisioner sistemi olsa da bəzi hallarda kondisionerlərin işləmədiyi, sadəcə havalandırmanın olduğu görünür. 


Sfera.az məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanladı.

Ünvanladığımız sorğuya cavab olaraq qurumdan bildirilib ki, köhnə vaqonların xəttə olmasının əsas səbəbi həmin vaqonların istismar müddətinin hələ başa çatmamasıdır.

Qurumdan verilən məlumata görə, hazırda metropolitenin sərəncamında olan qatarların istismar müddəti 30-31 il təşkil edir və bu müddət vaqonların istehsalçıları tərəfindən müəyyənləşdirilir. Məhz bu səbəbdən mikroiqlim (kondisioner) sistemi olmayan vaqonlar hələ də xəttə buraxılır.


Məlumatda qeyd olunur ki, köhnə vaqonların yenilənməsi davamlı prosesdir:

"2025–2030-cu illəri əhatə edən dövlət proqramına əsasən, artıq istismar müddəti bitmiş vaqonların mərhələli şəkildə istismardan çıxarılması və onların yeni nəsil, kondisionerli vaqonlarla əvəz olunması nəzərdə tutulub. Bu çərçivədə 300-dək yeni vaqonun alınması planlaşdırılır".


Metropoliten bildirir ki, texniki baxış və təmir müddəti istisna olmaqla, kondisionerli vaqonlar hazırda əsasən Yaşıl xətt üzrə xidmət göstərir və bu qatarlar texniki normativlərə uyğun şəkildə xəttə buraxılır:


“Sərnişin məmnuniyyətini artırmaq məqsədilə son dövrlərdə bəzi yeniliklər də tətbiq olunub. İlk dəfə olaraq son 16 ildə metrodakı qatarların intervalında azalma müşahidə edilib. Qatar cütlərinin sayı 30-dan 32-yə qaldırılıb və pik saatlarda interval 1 dəqiqə 52 saniyəyə endirilib. Bundan əlavə, qatarların hərəkətinin təşkilində əvvəlki kağız əsaslı qrafikdən imtina edilərək rəqəmsal proqram təminatı istifadəyə verilib”.


Bakı Metropoliteni bildirir ki, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün texnoloji modernləşmə, eləcə də insan resurslarının inkişafı istiqamətində işlər davam etdirilir.

Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri