Icma.az
close
up
RU
Bakı metrosunda könüllülərin fəaliyyətdə olduğu stansiyalar açıqlanıb

Bakı metrosunda könüllülərin fəaliyyətdə olduğu stansiyalar açıqlanıb

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı metrosunda fəaliyyət göstərən könüllülər "Koroğlu, "Nəriman Nərimanov", "Gənclik", "28 may", "Sahil", "İçərişəhər", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və "20 Yanvar" stansiyalarında dayanır.

"Operativ Media" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə bildirib.

"COP29 Əməliyyat Şirkətinin layihəsi əsasında 100 könüllü seçilib. Onlar təlim keçib və təlimatlandırılıb. Bu layihənin həyata keçirilməsində əsas məqsəd sərnişin məmnunluğunu, habelə COP29 iştirakçılarının metro nəqliyyatından rahat və təhlükəsiz istifadə etməsini təmin etməkdir. Könüllülər noyabrın 22-dək növbəli rejimdə fəaliyyət göstərəcəklər", - deyə o qeyd edib.

Rəis müavini əlavə edib ki, könüllülər əcnəbi, eləcə də metrodan az istifadə edən sərnişinlərə COP29 məkanlarına gediş-gəliş və digər faydalı məlumatları təqdim edəcəklər: "Onların əsas fəaliyyətinə metrodan istifadə, o cümlədən sərnişinlərin vəzifələri, hüquqları və qadağalar, gediş haqqının əldə edilməsi və ödənilməsi, habelə digər qaydalar barədə zəruri məlumatların verilməsi daxildir. Bundan savayı, müraciət edənlərin paytaxtın zəngin mədəni irsi, xüsusən də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətləndirmə vasitələri könüllü proqramının tərkib hissəsidir. Könüllülərin daha səmərəli fəaliyyətini təmin etmək, həmçinin stansiyalara daxil olan sərnişinlərin onları daha rahat müəyyən edərək yaxınlaşması məqsədilə qeyd edilən stansiyalarda məlumat köşkləri yerləşdirilib".

Metro rəsmisi diqqətə çatdırıb ki, bütün dövr ərzində könüllülər metropoliten əməkdaşları ilə vahid komanda kimi çalışaraq zəngin təcrübə toplayacaq və onların metropolitenlə daha yaxından tanış olmasına, gələcək karyera yüksəlişində bu məlumatlardan istifadə etməsinə şərait yaradılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 06 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri