Icma.az
close
up
RU
Bakı metrosunda növbəti texniki problem: Vəd olunan xüsusi iclasdan hansı NƏTİCƏ çıxdı?

Bakı metrosunda növbəti texniki problem: Vəd olunan xüsusi iclasdan hansı NƏTİCƏ çıxdı?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Bakı metrosunda "yaşıl xətt" - "Əhmədli"-"Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.

Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı mətbuata açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bakı metrosunda qatardakı texniki nasazlıqla bağlı bu gün komissiyanın xüsusi araşdırma iclasının olacağını bildirmişdi.

İclasda hansı nəticələrə gəlinməsi barədə Oxu.Az-ın sorğusunu cavablandıran B.Məmmədov ilkin araşdırmanın nəticəsinin artıq bəlli olduğunu diqqətə çatdırıb.

"Məsələyə iki aspektdən yanaşılır: Birincisi, baş vermiş texniki nasazlığın özü, ikincisi, personalın bu anda davranışı və verdiyi qərarlar, atdığı addımlar.

İşçi heyəti ilə bağlı "28 May" stansiyası ən sıx sərnişin axını dövründə olduğu üçün personalın sərnişinlərin vaqonlardan düşürülməsi prosesini, eyni zamanda, stansiyada sərnişin sıxlığının tənzimlənməsi kimi məsələlərdə operativ reaksiyası və verdiyi qərarlara baxılıb.

Stansiyada sərnişin sıxlığı olsa belə, həmin dövrdə ən uzun çəkən proses bu olub, yəni sərnişinlərin qatardan düşürülməsi və ümumilikdə, intervaldan əlavə səkkiz dəqiqəyə qədər olan yubanma. Bu proses qaydasında icra olunub.

İkinci məsələ - girişdən sərnişinlərin stansiyaya buraxılmasının tənzimlənməsi prosesində də operativlik nümayiş olunub və bunun nəticəsində stansiyada hər hansı bir ciddi neqativ hal, yəni sərnişin xəsarət alması və yaxud hər hansı bir fəsadın baş verməsi olmayıb. Bu səbəbdən "28 May" stansiyası ilə eyni zamanda bütün "yaşıl", "qırmızı" xətlərin stansiyalarında eyni proses olduğundan, xüsusi sıxlığı olan, məsələn, "Elmlər Akademiyası" tipli stansiyalarda da operativ qərarların verilməsi və işçi personalının iş rejimi yoxlanılıb. Hər şey qaydasında olub. Bu səbəbdən ümumiyyətlə bütün metropoliten ərazisində hər hansı bir sərnişinin xəsarət alması və digər bu kimi hallar baş verməyib".

B.Məmmədov vurğulayıb ki, yaranmış vəziyyətdə daha bir vacib nüans maşinistin verdiyi qərarla bağlıdır.

"Maşinist idarəetmə pultuna daxil olmuş siqnal əsasında ən doğru qərarı verib, qısa müddətdə nöqsan ehtimalını, Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq, sərnişinlərin düşürülməsi zərurəti olduğunu müəyyən edib. Daha sonrakı prosesin səkkiz dəqiqəyə qədər uzanması isə məhz sərnişinlərin vaqonlardan düşürülməsi ilə bağlı olub.

Texniki nasazlığın özünə gəldikdə, bir məsələyə xüsusi diqqət ayrılmasını istərdim. Maşinist kabinəsinə ötürücü siqnalla daxil olmuş məlumat əsasında ilkin araşdırma aparılıb, nasazlıq faktı təsdiqlənib. Amma onun nədən baş verməsinin dərin araşdırmaları aparmalıdır. Bu gün "Bakı Metropoliteni"ndə olan bütün qatarlar mürəkkəb sistemə malik olsalar belə, ən yaxşı cəhətlərindən biri odur ki, idarəetmə pultu hətta bəzi nasazlıqlar barədə qabaqcadan da məlumat verə bilir. Bu həm köhnə, həm də müasir nəsil qatarlara aiddir. Yəni bu həm də sistemin sinxron işinin nəticəsində sistemdə olan avadanlıqların normativə uyğun hansı səviyyədə, hansı dərəcədə olması ilə bağlı olan bir məsələdir.

Ən əsası odur ki, sərnişin təhlükəsizliyinə xələl gətirə biləcək nasazlıq olmayıb. "Bakı Metropoliteni"nin normativ tələblərinə uyğun olaraq, sərnişin hər şeydən vacib olduğu üçün sərnişinlərin düşürülməsi yerində və doğru verilən qərar olub.

Bundan sonrakı araşdırmalarla bağlı zərurət olarsa, ictimaiyyətə məlumat veriləcək. Amma ən əsası odur ki, bu məsələdə hər hansı insan faktoru olmayıb. Baş verən hadisə texnikanın özünün, yəni gündəlik xətdə olan qatarın iş rejimi çərçivəsində baş vermiş hadisədir və xüsusi, əlahiddə problemli bir məsələ deyil", - deyə metropoliten rəsmisi qeyd edib.

Yaranmış məsələnin həlli yolları ilə bağlı suala gəlincə isə B.Məmmədov bunun üçün "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin mütləq qaydada bir birindən ayrılmasının vacib olduğunu diqqətə çatdırıb.

"Hər bir xətt, bütün dünya metropolitenlərində, ümumiyyətlə metro sistemində olan tələblərə uyğun olaraq, müstəqil fəaliyyət göstərməlidir. Onun öz infrastrukturu, öz deposu olmalıdır. Məsələn, dünənki hadisə ilə bağlı əgər "yaşıl" xəttin öz deposu olsaydı, hətta xətlər birləşmiş səviyyədə olduğu halda, yəni indiki vəziyyətdə belə, "Dərnəgül" elektrik deposundan xəttə buraxılacaq bir qatar ən azı bir istiqamətdə, yəni "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində sərnişin sıxlığının tənzimlənməsində müəyyən rol oynaya bilərdi. Təbii ki, Bakı şəhərinin Baş planı təsdiq olunduğundan və bu istiqamətdə işlər aparıldığından artıq xətlərin ayrılması layihəsi və metropoliten infrastrukturunda bu kimi çatışmazlıqların aradan qaldırılması istiqamətində hələ bundan sonrakı dövrdə işlər görüləcək", - deyə B. Məmmədov bildirib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri