Icma.az
close
up
RU
Bakı Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq ANALİZ

Bakı Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Çünki Rusiya tərəfdən kifayət qədər çirkin, neqativ, siyasi əxlaqdan kənar addımlar, təhdidlər və ismarıclar olub


Azərbaycan vətəndaşı Rusiyada “terror aktları” hazırlamaq iddiası ilə saxlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat yayıb.

Qurumun açıqlamasına görə, həmin şəxs Rusiyada qadağan olunmuş “Ukrayna terror təşkilatı”na qoşulmaqda ittiham olunur. Bildirilir ki, o, təşkilat rəhbərlərinin göstərişi ilə Stavropol və Yessentukidə hüquq-mühafizə orqanlarının binaları və nəqliyyat infrastrukturunda kəşfiyyat aparıb. Saxlanılan şəxsə “terror aktına hazırlıq maddəsi” ilə cinayət işi açılıb.

Son aylarda Azərbaycan və Rusiya arasında münasibətlərdə gərginlik davam edir. Moskvanın Azərbaycana qarşı sərt ritorikası, Rusiyada azərbaycanlıların sıxışdırılması və hüquqi problemlərlə üzləşməsi barədə məlumatlar gündəmdədir. Eyni zamanda, Rusiya ordusunun Ukrayna ərazisində Azərbaycana məxsus enerji obyektlərini hədəf alması da iki ölkə arasında əlavə gərginlik yaradır.

Buna baxmayaraq, Rusiya rəsmiləri zaman-zaman Azərbaycanla münasibətlərin normallaşdırılmasını istədiklərini bildirirlər. Lakin son hadisələr və Rusiyada yaşayan azərbaycanlılarla bağlı addımlar əməldə bu bəyanatların təsdiqini göstərmir. Saxlanma və təqib hallarının davam etməsi, tərəflər arasında etimad mühitinin hələ formalaşmadığını ortaya qoyur.


Politoloq Elçin Alıoğlu Sherg.az-a bildirib ki, əslində, baş vermiş hadisə barədə hələlik dəqiq və ətraflı məlumat yoxdur:

"Bu baxımdan konkret fikir bildirmək də çətindir. Azərbaycanda və Rusiyada yayılan xəbərlər isə sadəcə düşündürücü məqamlar ortaya qoyur. Əgər Rusiyanın daxilində Azərbaycan əsilli şəxslərin terror aktı hazırladığı iddia edilirsə, bunun üçün yetərincə dəlil təqdim olunmalıdır. Burada söhbət Rusiyada yaşayan vətəndaşlıq almış azərbaycanlıdan gedir, yoxsa vətəndaşlığı olmayan bir şəxsdən? Bu sualların aydınlaşdırılmasına ciddi ehtiyac var. Digər tərəfdən, hər hansı bir xüsusi təyinatlı vətəndaşın Rusiyaya gedərək terror fəaliyyətinə qoşulması məsələsi də inandırıcı görünmür. İstənilən halda istintaqın gedişatını gözləmək lazımdır. Bununla belə, bəzi nüanslara diqqət yetirmək olar. Rusiyada baş verən son hadisələri nəzərə alsaq, bu saxlanmanın nümayişkaranə şəkildə aparılması və onun Ukrayna–Rusiya münaqişəsi ilə bağlı terror şəbəkəsinə bağlanması ciddi şübhələr doğurur. Adətən belə hallarda saxlanılan şəxsin ad və soyadının ən azı baş hərfləri açıqlanır, amma bu dəfə belə bir məlumat da verilməyib.

Rusiyada son dövrlərdə müşahidə olunan proseslər göstərir ki, yayılan xəbərlərin əksəriyyəti real araşdırmalara əsaslanmır, daha çox kütləvi informasiya vasitələri üzərindən siyasi məqsədlərlə tirajlanır. Bu səbəbdən də verilən məlumatların bir qismi dezinformasiya xarakteri daşıyır. İstintaqın nəticələri məlum olmadan fikir yürütmək erkən və yalnız emosional reaksiyaya səbəb ola bilər".


Bakı-Moskva münasibətlərinə gəlincə, analitik əlavə edib ki, bu əlaqələr artıq əvvəlki formatına və səviyyəsinə qayıtmayacaq:

"Çünki Rusiya tərəfdən kifayət qədər çirkin, neqativ, siyasi əxlaqdan kənar addımlar, təhdidlər və ismarıclar olub. Buna görə də əvvəlki münasibətlər mümkün deyil. Sadəcə müəyyən addımlar atılacağı təqdirdə əlaqələrin normal məcraya qayıtması mümkündür. Bunun üçün isə Rusiya Azərbaycana qarşı apardığı hibrid müharibədən, informasiya savaşından və təhdid, qısnama cəhdlərindən əl çəkməli, “AZAL” təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti qəbullanıb təzminat ödəməlidir. Həmçinin Kreml sığorta ilə təzminatı qarışdırıb bütün azərbaycanlıları cahil, savadsız hesab etməməlidir. Üstəlik, Rusiyada yaşayan azərbaycanlılara qarşı kütləvi təqib və total təzyiqlərə son qoyulmalıdır. Ancaq bütün bunlar həyata keçirilsə belə, münasibətlər heç vaxt əvvəlki kimi olmayacaq. Yalnız müəyyən qədər normallaşa bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri