Bakı nasist hərəkatı üzvlərinə qarşı olan BMT Qətnaməsinə səs verib
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Azərbaycan BMT-nin qəbul etdiyi “Nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə” adlı qətnaməyə səs verib.
AzPost bildirir ki, Qətnamə 15 dekabrda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasının plenar iclasında qəbul edilib.
“Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçiliyin, ksenofobiyanın və əlaqəli dözümsüzlüyün müasir formalarının alovlanmasına səbəb olan digər təcrübələrə qarşı mübarizə” adlı sənədin 119 dövlət lehinə, 51 nümayəndə heyəti əleyhinə səs verib. 10 ölkə isə bitərəf qalıb.
Qətnamənin əleyhinə səs verənlər arasında ABŞ, Böyük Britaniya, Polşa, Yaponiya,İtaliya, Yunanıstan,Almaniya, Fransa, Gürcüstan və digər ölkələr var.
Nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə haqqında qətnamə tarixin saxtalaşdırılmasına və İkinci Dünya Müharibəsinin nəticələrini qlobal səhnədə yenidən yazmaq cəhdlərinə qarşı mübarizənin əsasını qoyur.
O, Nürnberq Tribunalı tərəfindən cinayətkar hesab edilən Waffen-SS bölmələri də daxil olmaqla, nasist hərəkatının və keçmiş SS üzvlərinin qəhrəmanlaşdırılmasını pisləyir. Qətnamədə nasizm və onun əməkdaşlarının fəaliyyətinin “ağardılması”na və onları milli qəhrəman statusuna qaldırmaq cəhdlərinə qarşı dərin qəzəb ifadə olunur. Bu cəhdlər məşəl yürüşlərindən və onların şərəfinə küçələrin adlarının dəyişdirilməsindən tutmuş xatirələrinə həsr olunmuş abidələrin açılışına qədər müxtəlif formalarda özünü göstərir:
Sənəddə xüsusilə vurğulanır ki, bu cür hərəkətlər saysız-hesabsız faşizm qurbanlarının xatirəsini ləkələyir, gənc nəslə mənfi təsir göstərir və BMT Üzv Dövlətlərinin Nizamnamə üzrə öhdəlikləri ilə tamamilə uyğun deyil.
Bundan əlavə, qətnamədə irq, etnik mənsubiyyət, din və ya digər oxşar xüsusiyyətlərə görə müəyyən qrupların üstünlüyünü təbliğ edən hər hansı bir ideologiyanın əsaslı şəkildə qəbuledilməzliyi təsbit edilir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















