Bakı Olimpiya Stadionunun yaxınlığında yağış suyu ərazidən təmizlənib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb.
Bu barədə "APA-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Bu səbəbdən sahibkarlıq subyektinin ərazisində intensiv yağıntılar zamanı yığılan su axıb gedə bilmir. Belə hallarda drenaj sistemi qurulamayan ərazilərdə müvafiq rayon sukanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir. Buna baxmayaraq, bu gün qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün Xidmətin texnikaları cəlb edilib, 80 kub metrdən çox su ərazidən təmizlənib.
Bu mövzuda digər xəbərlər:Bakı Olimpiya Stadionunun yaxınlığında qəza olub, yolda sıxlıq yaranıb FOTO
22 Sentyabr 2025 19:50
Bakı Olimpiya Stadionunun ərazisi bu axşam BMTyə təhvil VERİLƏCƏK
08 Noyabr 2024 13:54
Bakı Olimpiya Stadionunun ərazisi bu axşam BMTyə təhvil veriləcək
08 Noyabr 2024 13:36
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində yaradılan şəraitlə tanış oldu
04 Noyabr 2024 17:56
Baxış sayı:137
Bu xəbər 07 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















