Icma.az
close
up
RU
Bakı Paşinyanı qorumaq üçün hərəkətə keçir? KONKRET

Bakı Paşinyanı qorumaq üçün hərəkətə keçir? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşü iki ölkə arasındakı gərginliyi aradan qaldırmadığı kimi, Kreml tərəfindən seçkiöncəsi təzyiqlərin olacağını da rəsmiləşdirdi. Moskva-İrəvan münasibətlərindəki gərginlik fonunda rəsmi Bakının mövqeyi diqqət mərkəzindədir.

Ermənistan daxilində hakimiyyət dəyişikliyi ehtimallarının artması və Paşinyanın Moskvanın təsirindən qorunmaq istiqamətində atacağı addımlar Azərbaycan üçün strateji maraqlar çərçivəsində izlənilir. Analitiklər bildirir ki, Bakı regional sabitliyi qorumaq və qonşu ölkələr arasında qarşılıqlı etimadı gücləndirmək üçün diplomatik vasitələrlə prosesə təsir imkanlarını nəzərdən keçirə bilər.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan Ermənistanla uğurlu sülh danışıqları aparır:

“İki ölkə sülhə yaxındır. Lakin aydın məsələdir ki, Rusiya həm Ermənistanın qərbə yaxınlaşmasından, həm də Azərbaycanla sülh əldə etməsindən narahatdır. Rusiya prezidenti Paşinyanla görüşdə də bildirdi ki, Ermənistanla bağlı proseslərə səssiz qalmayacaq. Bu isə Bakı üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan həm öz təhlükəsizliyini təmin etməli, həm də regional sabitliyi qorumaq üçün diqqətli diplomatik addımlar atmalıdır.

Ermənistanda hakimiyyət dəyişikliyi bizim üçün sərf etmir. Danışıqlar prosesi revanşistlərin hakimiyyətə gəlməsi ilə sıfırlana bilər. Bu riski gözə ala bilmərik. Bakı Ermənistanın siyasi proseslərini yaxından izləyir və hesab edirəm ki, lazımi addımları atacaq.

Sülh prosesinin gələcəyi Ermənistan daxilində keçiriləcək seçkilərdən çox asılıdır. Paşinyan qalib gələrsə, sülh sazişi məntiqi yekuna çatacaq. Söhbət onun sülhü istəməsindən yox, bizim reallığımızı qəbul etməyə məcbur olmasından gedir. Lakin Rusiyanın dəstəyini arxasına alacaq yeni hakimiyyət baş ağrısı yarada bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Aprel 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri