Icma.az
close
up
RU
Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir MÜNASİBƏT BİLDİRİLDİ

Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib. Səfər çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, regional proseslər müzakirə edilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Hikmət Hacıyevin indiki məqamda İsrailə səfər etməsi diqqət çəkir. Digər mühüm məqam onun Netanyahu ilə regional hadisələri müzakirə etməsidir. İsrail ciddi bir prosesə hazırlaşır. Təl-Əviv-Vaşinqton diplomatik təmasları, Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək istəməsi də bunu deməyə əsas verir.

Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir. İndiki məqamda İranla İsrail arasında gərginliyin olması, ya da sərhədyanı bir ölkənin total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Bakı İran-İsrail gərginliyinin hazırkı mərhələsində tərəflərin bir-birinə yanaşmasını və Təl-Əvivin atacağı addımları müəyyən etməyə çalışır. Təsadüfi deyil ki, Hikmət Hacıyev İsrailə, Azərbaycan Baş naziri Əli Əsədov İrana səfər edib. Azərbaycan rəsmilərinin son zamanlar İrana səfərləri artıb. Bu, böyük ölçüdə iki ölkə arasında gərginliyin aradan qaldırılıb münasibətlərin normallaşmasına hesablansa da, görünür, həm də İsrail-İran gərginliyi, bunu regiona, xüsusilə ölkəmizə təsiri ilə bağlıdır.

Bakı Türkiyə-İsrail arasında yaratdığı diplomatik təmasları indi İran-İsrail arasında yaratmağa cəhd edə bilərmi? Bu, mümkün versiyalardan biridir. Gərginliyin artmaması, tərəflər arasında münasibətlərin əvvəlki vəziyyətinə qaytarılması üçün cəhdlər ola bilər. Təl-Əviv Tehranın üzləşdiyi mövcud vəziyyəti tarixi fürsət olaraq görür. Əvvəllər də dediyim kimi, İsrailin əsas hədəfi İranı gərginliyə çəkib, daha sonra İraqdakı kimi beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. ABŞ total müharibədə maraqlı olmasa da, prosesdən kənarda qala bilməz.

İrana beynəlxalq koalisiyanın müdaxiləsi və ya başqa ölkə ilə total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Çünki İrandan miqrant axını və digər məsələlər risk faktorlarıdır. Bakı bütün bunlardan yayınmaq üçün tərəflər arasında həm diplomatik təmaslar qurur, həm də vəziyyəti dəyərlədirir. Azərbaycan yenə də qlobal və regional prosesdə dövlət maraqları çərçivəsində düzgün siyasət yürüdür"

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri