Icma.az
close
up
RU
Bakı Qazax yolunda beton arakəsməyə ziyan vurdu Video

Bakı Qazax yolunda beton arakəsməyə ziyan vurdu Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti xüsusi diqqətdə saxlanılır. Bu kateqoriyaya aid nəqliyyat vasitələrinin normativ tələblərə uyğun istismarı, ilk növbədə, yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, ağırçəkili nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi onların idarə olunmasını çətinləşdirir, əyləc məsafəsini artırır və qəza riskini yüksəldir. Bu kimi hallar digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır və ümumi hərəkət mühitinə mənfi təsir göstərir.

“Eyni zamanda, ümumi istifadədə olan avtomobil yollarının qorunması və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısının alınması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müasir elektron tərəzi sistemləri tətbiq olunur. Bu sistemlər vasitəsilə normadan artıq yüklənmiş nəqliyyat vasitələri müəyyən edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş birgə açıqlamada qeyd olunub ki, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti, eləcə də bu kimi nəzarətdən yayınma cəhdləri yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratmaqla yanaşı, yol infrastrukturuna da ziyan vurur və belə hallara qarşı nəzarət tədbirləri davam etdirilir.

Müşahidələr zamanı bəzi hallarda sürücülər tərəfindən elektron tərəzilərə yaxın ərazilərdə riskli manevrlərin edilməsi, dövlət qeydiyyat nişanlarının örtülməsi və digər oxşar qanunazidd üsullarla nəzarətdən yayınmağa cəhdlər qeydə alınır ki, bu da digər hərəkət iştirakçıları üçün əlavə təhlükə yaradır.

Belə hallardan biri aprelin 22-si saat 15:50 radələrində Bakı–Qazax avtomobil yolunun 330-cu kilometrliyində qeydə alınıb. Belə ki, “Kamaz” markalı, 25 BD 868 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədiv Elvin Məlik oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini sağa çəkərək yolun hərəkət hissəsindən çıxarıb, yolun çiyni ilə hərəkət etməyə cəhd göstərib, bu zaman isə beton arakəsmələrə ziyan vurub.

Sürücünün qanunazidd hərəkətləri müşahidə kameraları vasitəsilə aşkar edilib, nəqliyyat vasitəsi dərhal Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Fakt üzrə sürücü inzibati məsuliyyətə cəlb edilib.

Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırılır ki, nəqliyyat vasitələrinin normativ tələblərə uyğun yüklənməsi və yol hərəkəti qaydalarına riayət olunması hərəkət təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən mövcud qaydalara ciddi əməl edilməsi xahiş olunur”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri